Ana Səhifə /Təbriklər /İsmayılov Fətəli

4 QAT DÜNYA ÇEMPIONU - İsmayılov Fətəli Hüseyn oğlu

Avqustun 23-25-də Rumıniyanın Konstanta şəhərində 18 ölkənin iştirakı ilə kunq fu sanda üzrə dünya çempionatı keçirilmişdir. Çempionatda iştirak etmiş 3 qat Dünya Çempionu İsmayılov Fətəli Hüseyn oğlu bütün rəqibləri üzərində möhtəşəm qələbə qazanaraq qızıl medala layiq görülmüşdür. Qalibiyyət nəticəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək 4 QAT DÜNYA ÇEMPIONU tituluna yiyələnmişdir. Həmçinin Respublikada ilk dəfə olaraq ən gənc idman ustası adına layiq görülmüşdür. Bu qalibiyyət münasibətilə Fətəlini bütün Cillilər adından təbrik edirik, gələcək karyerasında uğurlar arzu edirik!

Hörmətlə: cilliler.com saytının kollektivi.