Ana Səhifə /Təbriklər /Namazov Abutalıb

Şahvələd Çobanoğlunun övladı Abutalıb Namazov Beynəlxalq Olimpiadada qızıl medal qazandı

Qazaxıstanın Almatı şəhərində keçirilən 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi 16-cı Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycanı təmsil edən informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abutalıb Namazov qızıl medal qazanmışdır.

Bu uğuru münasibətilə Abutalıb Namazovu bütün Cillilər adından təbrik edirik, gələcək karyerasında uğurlar arzu edirik!

Hörmətlə: cilliler.com saytının kollektivi.

Mənbə: qafqazinfo.az