Ana Səhifə /Cillilər /Şairlər/Tanrıverdiyev Hüseyn Əli oğlu

Post Title

Tanrıverdiyev Hüseyn Əli oğlu - Şeirləri (2018)

Tanrıverdiyev Hüseyn Əli oğlunun şeirlərini sizlərə təqdim edirik.

Hara tələsir

Yaz gəlib yavaş- yavaş qar əriyir,
Qarın altında bənövşə boylanır,
Elə bil utanır boynunu bükür,
Görəsən bənövşə hara tələsir.

Qarlar əridikcə sular çoxalır,
Dağlardan daşlardan aşağı axır,
Önündə nə varsa üstündən aşır,
Görəsən bu sular hara tələsir.

Sular hər tərəfdən dərəyə çatır,
Birlikdə toplaşıb çaylar yaradır,
Çaylar böyüyüb hər tərəfi basır,
Görəsən bu çaylar hara tələsir.

Ağaclar yavaş- yavaş yarpaqlayır,
Sarmaşıqda tez ağaca dırmaşır,
Hamıdan tez göyə baxmaq istəyir,
Görəsən sarmaşıq hara tələsir.

Ağaclar yenicə tumurcuqlayır,
Bəzisi tez tələsik çiçək açır,
Arı tez özünü ona çatdırır,
Görəsən bu arı hara tələsir.

Quşlar tez isti ölkəyə ölkəyə yetişir,
Cütünü tapıb onunla birləşir,
Yuva qurmaq uçün məkanı seçir,
Görəsən bu quşlar hara tələsir.

Yamacdakı güllər tez çiçəkləyir,
Sanki kəpənək də bunu gözləyir,
Uçub gülə qonub onu iyləyir,
Görəsən kəpənək hara tələsir.

Ayılar mağaradan çölə çıxır,
Tələsik ov tapıb onu ovlayır,
Tez- tez yeyib yerdə heç nə qoymayır,
Görəsən ayılar hara tələsir.

Tülkü yuvadan çıxıb ov axtarır,
Bir az yeyib qalanını gizlədir,
Qaçıb yenə başqasını ovlayır,
Görəsən bu tülkü hara tələsir.

Körpə doğulanda yaman ağlayır,
İməkləmədən tez durub yeriyir,
Dil açanda anaya sual verir,
Görəsən bu körpə hara tələsir.

İnsanlar ailə qurub yaşayır,
Ala torandan ora bura qaçışır,
Elə bil hamısı birdən yarışır,
Görəsən insanlar hara tələsir.

Fərqinə varmadan pis işlər görür,
Bəzisi bunları bilərək edir,
Dünyadakı canlılar ölüb gedir,
Görəsən adamlar hara tələsir.

Sevirsən sevirəm

Səni gözləməkdən çox yorulmuşam,
Nə üçün sən mənə heç inanmırsan,
Niyə zənglərimə cavab vermirsən,
De yoxsa başqasınımı sevirsən.

Məktəb illərini unudmamışam,
Şəkildə mənimlə birgə durmusan,
Həm gecə həm gündüz yaddaşımdasan,
Yatıram mənim yuxularımdasan.

İşə gedəndə yolumu azıram,
Özüm bilmədən sizə yollanıram ,
Əlim zəngə çatanda ayılıram,
Qapınız önündən donub qalıram.

Səni sevdiyimi çoxdan bilirsən,
Niyə məktubuma cavab vermirsən,
Bilə- biləmi məni çox üzürsən,
De yoxsa başqasınımı sevirsən.

Anam soruşur nədən fikirlisən,
Deyir mən bilirəm həm də dərdlisən,
Yoxsa kiməsə sən qəlbini vermisən,
De yoxsa başqasınımı sevirsən,

Utancımdan heç nə deyə bilmirəm,
Anamı üzməmək üçün gedirəm,
Hərdən ağlayır həm də gülürəm,
Mənə demə başqasını sevirəm.

Məktəb yoldaşlarımızı görmüşəm,
Çiçək balaları çoxlu öpmüşəm,
Məndən soruşurlar sən evlənmirsən?
De yoxsa başqasınımı sevirsən.

Qərara gəlmişəm sizə gələcəm,
Atana- anana özüm deyəcəm,
Utanıram tez də qaçıb gedəcəm ,
Mənə demə başqasını sevirəm.

Elə bil iynə üstündə gəzirəm,
Yatmayıb qərar nədir gözləyirəm,
Nə yatıram nədə ki dincəlirəm,
Mənə demə başqasını sevirəm.

Atam deyir qıza elçi gedərəm,
Tez ünvanınızı ona verirəm,
Səndən ümüdlə cavab gözləyirəm,
Mənə denən yalnız səni sevirəm.

Tapacam mən o gözəli

Yuxuda görmüşəm mən o mələyi,
Çiyninə tökülüb qara telləri,
Uzaqdan yellənir incə əlləri,
Mənə gəl- gəl deyir ala gözləri.

Başına örtübdür ağ kalareyi,
Əyninə geyinib ipək köynəyi,
Görünür ağzında büllur dişləri,
Söz deyəndə əsirsanki ləbləri.

Gümüş kəmər bəzər nazik belini,
Sanki eşidirəm söz- söhbətini,
Yaxınlaşıb görəydim ay üzünü,
Ağzında əsən o şirin dilini.

Ayılıb toplayıram öz fikrimi,
Çözəcəyəm bu yuxunun sirrini,
Durub düzəldirəm qəd- qamətimi,
Tez götürürəm dülgər alətimi.

Mən təmir edirəm köhnə gəmimi,
Üzüb keçəcəyəm mavi dənizi,
Gəzəcəyəm bütün dağı dərəni,
Axtarıb tapacam mən o gözəli.

Göyçə

Hər bulağın daşının dağının xatirəsi,
Şah ocağının o görkəmli zirvəsi,
Qırmızı qayanın da xoş mənzərəsi,
Sənin çox yerin var vəsv ediləsi.

Orta suyun üstü sanki bir cənnətdir,
Onun bulağndan axan su ləzzətdir,
Ala göllərə baxan hər kəs xoşbəxtdir,
Göyçə haqqında xatirələr kövrəkdir.

Sən Yaloxdan qalxırsan Dəliağaya,
Baxırsan lal tər axan sakitcə çaya,
Arxada qalıbdır dik sıldırım qaya,
Göyçə şan-şöhrətin ucalıbdır göyə,

Üç dağ qovşağında yerləşir qışlaqlar,
Nazlı bulağındadır gözəl yaylağlar,
Otyolundan daşınar biçilən otlar,
Göyçənin sərt qışına hazırlıq olar.

Ağakişinin başı aşıb-daşırdı,
Kələmköpən də sanki bir tamaşadır,
Sürülər dağlarda cığırlar açardır,
Göyçə ərənlər sinəndə at çapardır.

Üç dağın sinəsində yerləşir kəndlər,
Orda çoxdan məskən salıb bil Cillilər,
Adatəpəyə çatan hər kəs dincələr,
Göyçədə o yerlər bizsiz ağlayar.

Çıxırsan Dana dağından az yuxarı,
Yerləşir orada Ağsu bulaqları,
Suları əridib qara daşları,
Göyçənin olub Nağı tək oğlanları.

Qatar qayanın yolu güllü-çiçəkli,
Güllərin hər biri min bir cür ləçəkli,
İslam vurulan dərə qədimdən sirli,
Qayalarda bitərdi Göyçə laləsi.

Şeti bulağının suyu qara sudur,
Dağın dibindən çıxır elə bil buzdur,
Çənliyə çıxırsan torpaq çox nəmlidir,
Göyçə torpaqları bol bərəkətlidir,

Duz dağı çox sirlidir həm də qədimdir,
Hacı Hümbət dağına bir mənzərədir.
Əjdaha dağı dağlar əjdahasıdır,
Göyçə sanki sənində ulu babandır.

Ovşar bulağının suyu sənə oxşar,
Onda su içən hər kəs çox ömür yaşar,
Su içmək üçün sürü ora axışar,
Arxasındakı dağ da qururla durar.

Pəri bulağının mənzərəsi xoşdur,
Onun suyuna tay heç bir yerdə yoxdur,
Gəlib-gedən qonaqları həddən çoxdur,
Armudluya axan suyu dürr incidir.

Göyçə səndə ardıc meşələri bitər,
Ordan keçən yolçular məst olub yatar,
Yuxuda cənnətin yolunu da tapar,
Röyasına elə bil bal şəkər qatar.

Dəmiyəyə heç bir suyun əli çatmır,
Bu torpaqlarda heç vaxt məhsulsuz qalmır,
Əkin-biçin edənlərdə məyyus olmur,
Allahın bəxş etdiyi yağmur da boldur.

Qara daş ziyarətgahdır Cillilərə,
Oradan pay aparır hər kəs evlərə,
Möcüzəsi düşdü bir anda dillərə,
Ziyarətdən fərəh gəldi könüllərə.

Bil Çətindərə dərələrin şahıdır,
Nüyə yaxın durur elə bil tacıdır,
Siliqova arxasındadır qardaşıdır,
Göyçə gölüdə sanki onun yoldaşıdır.

Yerri də otlaqlarda sürü otlardı,
Qoyun-quzu mələyib hərdən qaçardı,
Dağlarda-daşlarda cığır açardı,
İgidlər mərc gəlib gücün sınardı.

Qarabulaq zəmilərə can verirdi,
Ölü topaqlar su içib dirilirdi,
El-oba bol məhsul yığıb sevinirdi,
Qışda bir-biriylə nə yoxsa bölüşürdü,

Bayramda Göyçədə tonqallar yanardı,
Uşaqlar evləri gəzib payını alardı.
MəmmədCəfər ucadan zurna çalardı,
Zurnanın səsi dağları da aşardı.

Hamı bir-biri ilə bayramlaşırdı,
Ortada söz-söhbət olsa dostlaşardı,
Gəlin-qızlar bir-birinl sarılardı,
Hər birinin sevinci aşıb-daşardı.

Qoyun-quzu baharda çölə çıxardı,
Körpə quzular anasız darıxardı,
Qoçlar bir-biri ilə yarışardı,
Uzaqdan baş-başa gəlib toqquşardı.

Analar xəmir tutub lavaş açardı,
Evləri səliqə səhmana salardı,
Qızlar ayna önündə durub baxardı,
Sevdiyi gəlib ona nişan taxardı.

Göyçədə toy məclisləri qurulardı,
Aşıqlar bir-biri ilə yarışardı,
Subay olanlar gizlincə baxışardı,
Əgər görən olsa tez uzaqlaşardı.

Göyçə gölü Göyçəlilərin fəxri,
Allahım kaş dönəydi fələyin çarxı,
Vulkan tək püskürəydi Göyçənin dağı,
Düşmənlərin qalmayaydı heç bir əlacı,

Göyçə səndə igidlər ərənlər yatıb,
Seyidlər,ülamələr haqqdan nur alıb,
Nəcəfin də belində samovar yanıb,
Ələsgərə, Alının sənəti qalıb.

Göyçə mahalını Hüseyn vəsv etdi,
Mahal içərisindən tək Cili seçdi,
Ömür zay oldu elsiz obasız keçdi,
Xəyalında Göyçəni görməyə getdi.

Çiçəyəm deyir

Hər səhər bağçamda səs eşidirəm,
Mən elə bilirəm yuxu görürəm,
Tez durub hər tərəfi axtarıram,
Heçnə tapmayıb evə dönürəm.

Sakitlik çökür mahnı eşidirəm,
Eyvana çıxıb gizli izləyirəm,
Hər tərəfə baxıb heç nə görmürən,
Gül-çiçəkdən onu seçə bilmirəm,

O, məni görüb tez güldə gizlənir,
Qorxudan elə bil kəpənək əsir,
Hərdən də mənə baxıb gülümsəyir,
Durub nə edəcəyimi izləyir.

Görürəm ki, o da gülə bənzəyir,
Gözü ilə mənə gülü göstərir,
O, deyəsən gül-çiçəyi çox sevir,
Sanki toplamaq üçün izin ver deyir.

İşarə edirəm topla deyirəm ,
Ondan yalnız adını öyrənirəm,
O, gülümsəyərək Çiçəyəm deyir,
Çıxıb gedəndə mənə əl eyləyir.

Hamımız Türkiyəyik!

Salam olsun Türkiyəyə!
Salam olsun bayrağına!
Salam olsin millətinə!
Salam olsun mehmetçiyə!
Salam olsun canı ilə,
Salam olsun qanı ilə,
Tarix yazan xoş məramlı,
Xoş niyyətli gələcəyə,
Lənət olsun terrorlara,
Lənət olsun düşmənlərə,
Bilisiniz biz kimlərik,
Bütün xalqlarla birlikdə,
Biz hamımız Türkiyəyik!
Biz bir yumruq bir ürəyik,
Terrorları kəsəcəyik,
Biz köklərini qazıyıb,
Başlarını əzəcəyik,
Canı ilə qanı ilə,
Tarixləri biz yazarıq,
Köstəbək yuvalarını,
Gizli xain planlarını,
Başlarını biz yıxarıq,
Biz hamımız mehmedçiyik,
Biz hamımız bir əsgərik,
Ay-ulduzlu bayrağını,
Qalalara biz dikərik,
Yüksəklikdə biz görərik,
Biz hamımız Türkiyəyik!
Biz də sizə bir qardaşıq,
Biz qələbə gözləyirik,
Xəbərlərdən izləyirik,
Hamımız sizinləyik,
Qanınıza qan qatarıq,
Ruhunuza ruh verərik,
Sizə can qurban edərik.
İki dövlət bir millətik,
Biz sizinlə Türkiyyəyik!

Bu yazını qəhrəman türk millətinə, şanlı Türk ordusunun Afrində ay-ulduzlu bayrağı dalğalandırdığı şərəfinə yazmışam.

Sədaqətdən öyrənin

Yenə bulud kimi yaman dolmuşam,
Kaş görəydin indi mən qocalmışam,
Yazı yazmaq istəyirəm çaşmışam,
Əziz qardaşımı yada salmışam.

Çox istərdim ki, yanımda olaydın,
Qucaqlayıb məni sığallayaydın,
Hərdən də danlayıb başa salaydın,
Əlimdən tutub müəllimim olaydın.

Sənin sözlərinə ehtiyaclıyam,
Mən səhv yazıb hər şeyi unuduram,
Sənsiz ağlayıram təkrar doluram,
Sən yazdığını mən təkrarlayıram.

Bu fani dünya səni bizdən aldı,
Arzu xəyalların yarımçıq qaldı,
Gedişin də bizləri ruhdan saldı,
O şirin xatirən bizlərə baldı.

Yazdığın şeirləri çoxdan oxudum,
Gəlmirsən deyə mən şer oldum,
İnan oxuyub hər dəfə qovruldum,
Bir an pərvanə olub şəmə qondum,

Yadımdadı ilk dəfə sinifə girdin,
Sən salam uşaqlar oturun dedin,
Ədəbiyyat dərsi mənimdir bilin,
Hüseyn get Sədaqətdən öyrənin.

O xal yana qaçanda

Zəhmətiniz üstümüzdə çox olub,
Süfrəniz həmişə çörəklə dolub,
Abutalıb gətirib bibim alıb,
Evinizdə çoxlu qonaqlar qalıb.

Məktəbdən gəlib tez sizə qaçardıq,
Çörək yeyib sonra da oynayardıq,
Əmimlə birgə nağıl oxuyardıq,
Bibimlə durub onunla yatardıq.

Əmim,bibim atama çox bağlıydı,
Sanki atam onların baş tacıydı,
Bizləri sevib tez-tez oxşayırdı,
Sonra evimizə yola salırdı.

Mən onlardakı tək sevgi görmədim,
Gecikib halallıq ala bilmədim,
Sizi xatırlayıb yaman kövrəldim,
Sizlərə allahdan rəhmət dilədim.

Abutalıb əmi deyib qaçanda,
Can deyib bağrına bərk-bərk basanda,
Qaldırıb bizi köksünə alanda,
İncə gülüşlər üzündə qalanda,
Yanağındakı xal yana qaçanda ,
Sizi yada salıb mən ağlayanda,
Xatirə qalacaq biz olmayanda.

Sənlə olaq

Sən var idin başımda tac gəzirdim,
Qürrələnib sənlə birgə gedirdim,
Əli Məmlioğlu atam deyirdim,
Dara düşəndə adını verirdim.

Mən indi yalqızam boynu büküyəm,
Sanki sənsizlikdə mən üşüyuürəm,
İşim düz getməyəndə kövrəlirəm,
Ata sənin həsrətini çəkirəm.

Bu dünyanın işləri çox qarışıq,
Biz eldən obadan ayrı qalmışıq,
Nə düzdür nə əyridir unutmuşuq,
Sən yoxsan deyə uçurumda durmuşuq.

Bil övladların səni yad eyləyir,
Əli eşidəndə onlar kövrəlir,
Elə bilirlər ki, atası gəlir,
Çevrilib baxanda xəyaldır deyir.

Qəlbimizdə həmişəlik yerin var,
Taxt-tac qurmusan səltənətin qalar,
Onu bizlərdən yalnız ölüm alar,
İnşallah Hüseyn səninlə olar.

Mən darıxıram

Başımın üstündə kabus dolaşır,
Bu dünyanın işləri məni sıxır,
Bilirdin ki, mən özümdə atayam,
Ata səndən ötrü mən darıxıram.

Evladı böyütmək çox çətin işdir,
Yaxşı övlad etmək daha çətindir,
İndi nə çəkdiyini anlayıram ,
Ata tək-tənhayam mən darıxıram.

Səni cavanlıqda mən çox üzmüşəm,
İndi qədir-qiymətini bilmişəm,
Sənsiz elə bil başımı itirmişəm,
Yolu itirmişəm mən darıxıram.

Ağsaqqal gələndə hamı durardı,
Ona yer göstərib hörmət edərdi,
İndi ətrafa baxıb utanıram,
Ağsaqqalım yoxdu mən darıxıram.

Sən tez gəl yuxuma mənə yol göstər,
Yoxsa dəli olaram ağlım gedər,
Gec deyil itirdiyimi qaytaram,
Sənin yoxluğundan mən darıxıram,

Düşüncələr məni didib parçalar,
Həsrətin də qəlbimə niskil salar,
Yol göstərməsən bilirsən ağlaram,
Çuxura düşmüşəm mən darıxıram.

Hüseyni sən gəl bu bəladan qurtar,
O, yoxsa uçub sənlə birgə olar,
Qanadım sınıb mən uça bilmirəm .
Getmə yanımda ol mən darıxıram.

Cil

Üç dağ sinəsində durursan,
Ayağını göldə yuyursan,
Başının üstü dumanlısan,
Gözlərində yaşlı qanlısan.

Aşıqlar yoxdur itirmisən,
Cil toysuz düyünsüz qalmısan,
Ağsaqqaları tərk etmisən,
İndi sən olarsız olmusan.

Yollarını kol-kos basıbdi,
Evlərin yaman qocalıbdı,
Qəbirstanlıq tar-mar olubdu,
Yatanlar Seyidsiz qalıbdı.

Dağlar qan yaş töküb ağlayır,
Çayların da aşıb daşmayır,
Zirvə qarsız ora yağmayır,
Göl də indi buz bağlamayır.

Övladsızsan için sızlayır,
Qara daş da səni danlayır,
Tənha qalıb bizsiz oyanır,
Boynun büküb yola boylanır.

Dana dağı indi coşmayır,
Duz dağ çoxdan ölüb durmayır.
Əjdaha özünü danlayır,
Hacı Hümmbət də sızıldayır.

Xırman taxılsız olubdur,
Tarla şumsuzdur o ölüdür,
Ağ su, Qara su quruyubdur,
Dəyirmanın gözü dolubdur.

Yamaclar boynunu burubdur,
Güllər çiçəksizdir solubdur,
Sürü sanki göyə uçubdur,
Dağlar alaçıqsız qalıbdır,

Qışlaq indi buz bağlayır,
O çobansız xəyala dalır,
Ot yoxdur taya otsuz qalır,
Don vurub həyat oyanmayır,

Məktəbin gözü yollardadı,
Bilməyir şagirdlər hardadı,
Onlar hərəsi bir yandadı,
Müəllim qaçqındı yoldadı.

Kolxoz idarəsi yox olub,
Damı sökülüb yağış dolub,
Həyat yoxdur elə bil sönüb,
Onun taleyi yaman dönüb.

Cillilər klubsuz qalıbdır,
Yaxşı günlər orda olubdur,
Adamların nədən uçubdur,
Ay Cil gözün niyə dolubdur.

Səni unutmarıq

Bu dünyanın keçmə-keçli yolu var,
Atam olsa mənin arxamda durar,
Tikanlı yollardan məni qurtarar,
Həmişə də məni qovub qovlayar.

İndi bu yolları sənsiz gedirəm,
Sən öyrətdiyin tək nişanlayıram,
Hərdən kol-kosa ilişib qalıram,
Deyəsən mən sənsiz yolu azıram.

Bu düzgün yolu sən bizə seçmisən,
Nədir həqiqət bizə göstərmisən,
Ölənədək halal çörək yemisən,
Bizim başımızı uca etmisən.

Nəyin vardısa bizə öyrətmisən,
Mal mülkünü bizə qoyub getmisən,
Sən çoxdandır bizləri tərk etmisən,
Qəlbimizdə həmişəki qalmısan.

Sən dünyanı yorub yola salmısan,
Ata-anandan dərsini almısan,
Cildə yaşayıb burda qocalmısan,
Atam yoxdur mən də çaşıb qalmışam.

Sən əməlinlə rəhmət qazanmısan,
Elə bu dünyadan onu aparmısan,
Sən bizlərə vəsiyyət də qoymusan,
Göylərdən sən indi bizə baxırsan.

Adını həmişə uca tuturuq,
Sənin adınla da biz tanınırıq,
Əli Məmlioğlinun uşaqlarıyıq,
Rahat yat biz səni unutmayırıq.

Mənə söyləyir

Könlüm həsrət çəkir qubar eyləyir,
Dağlara qar yağmır onu gözləyir,
Bulaqlar quruyur suyu gəlməyir,
Onlar da dərdini mənə söyləyir.

Meşə od tutub ağac inildəyir,
Heyvanların nəsli kəsilib gedir,
Quşlar nəğməsizdi nəğmə deməyir,
Onlar da dərdini mənə söyləyir.

Buzlaqlar surətlə əriyib gedir,
Okean da sularla dolub daşır,
Su dalğalanır sunami başlayır,
Onlar da dərdini mənə söyləyir.

Zirvə ucadır külək döyəcləyir,
Çoxdandır ona qar yağmır üşüyür.
Quzey günəşsizdir günü görməyir,
Onlar da dərdini mənə söyləyir.

Günəş şaxə qalxır yamac təngiyir,
Çiçəklər istidən boynunu burur.
Çılpaq qaya od tutub yanır,
Onlar da dərdini mənə söyləyir.

İstidən torpağın bağrı yarılır,
Çoxdan toxum səpilib cücərməyir,
Əkinçi nə vaxtdır yağış gözləyir,
Onlar da dərdini mənə söyləyir.

Bahar soyuq olub çiçək gecikir,
Tumurcuq ağacda günü izləyir,
Uşaqlar darıxır meyvə istəyir,
Onlar da dərdini mənə söyləyir.

Dünya ged-gedə nizamı itirir,
Hər şey inkişaf edib yeniləşir,
Köhnə nə varsa hamısı silkəlinir,
Yazan da dərdini mənə söyləyir.

Sən dürsən- incisən

Sən Abutalıb həm də Barışsan,
Hələ məktəblisən həm də işıqsan,
Bil bizim ömrümüzə yaraşıqsan,
Çox çalışıb sən məhşurlaşırsan.

Elmlə dünyanı fəth edirsən,
Dahilərin yolunu gedirsən,
Barış sən nursan, dürsən- incisən,
Vətənə işıqlı gələcəksən.

Uşaq sifətindən nur tökülür,
Riyaziyyat önündə sökülür,
Ölkələr də sıraya düzülür,
Getməsən Bolqarıstan üzülür.

Türkiyyə vətəndir getməlisən,
Ora gələcəkdir görməlisən,
Sualları icələməlisən,
Cavabı muncuq tək düzməlisən.

Müəllim məktəbdə sənə deyir,
Hazırlaş Kazan səni gözləyir,
Barış o anda hazıram deyir,
Sevənlər ona uğur diləyir.

Yaponiya çoxdan çaşıb qaldı,
Barış oraya yolunu saldı,
Riyaziyyatı söküb dağıtdı,
Uğurlarına uğur qatdı.

Afina qədimdir görməlisən,
Bu oyun ordandır bilməlisən,
Tarixmizi öyrənməlisən,
Sultan Mehmed kimi fəth etməlisən.

Sənin küləyin Polşada əsdi,
Rəqiblərin də qorxudan bitdi,
Özlərinə dedi daha bəsdi,
Türk hər yerdə yolumu kəsdi.

Moskva yaman tir-tir əsirdi,
Barışı könülsüz gözləyirdi,
Məğlub olacağını bilirdi,
Ona görə də medalı verdi.

Sloveniya çoxdan izləyirdi,
Kimin gələcəyini bilirdi,
Yarış ged-gedə çətinləşirdi,
Türk oğlu onu məğlub edirdi.

İran onlardan ibrət aldı,
Oturub yaxşıca hazırlaşdı,
O, yenə məğlub durumda qaldı,
Bu yarışı onlar yuxu sandı.

Medallar bir-bir köksünə qonar,
Rəqiblərinin üzləri solar,
Bizim qəlbimiz fəxrlə dolar,
İnşallah yolları nurlu olar.

İgid və Zümrüdün nağılı

Nəvə bir nağıl istədi,
Babası ona söylədi,
Sən yat nağıl sabah dedi,
Nəvə də yuxuya getdi.

Sabah baba oyanmamış,
Nəvəsi yanında durmuş,
Baba, tez dur sabah olmuş,
O, durub nağıl söyləmiş.

Biri varmış, biri yoxmuş,
Uzaq eldə bəy olarmış,
Onun atası da bəymiş,
O, ölmüş indi bu olmuş.

Bəy cəsarətli qorxmazmış,
Onun adı dolaşırmış,
Gecə-gündüz cəng edirmiş,
Hamıya qalib gəlirmiş,

Var-dövləti çoxalırmış.
Eldə mehriban olurmuş,
Kasıba da əl tuturmuş,
Amma heç övladı yoxmuş.

O bir gün çox dua etmiş,
Tanrıdan övlad istəmiş,
Yaradan da qəbul etmiş,
Bəyə də bir oğul vermiş,

Uşaq anadan doğulmuş,
Onun adı İgid olmuş,
Günlər də tez-tez ötürmüş,
İgid də tez böyüyürmüş.

Bir gün atası çağırmış,
Oğluna belə söyləmiş.
Sən böyüyüb cüssələnmiş,
Artıq vaxt zaman yetişmiş.

Gəl gedək sənlə cəng edək,
Həm mən həm də sən öyrənək,
Mənə də ölüm gələcək,
Hamı sənə bəy deyəcək.

Oğul bəyliyə hazır ol.
Qarşında var tək bircə yol,
Vuruş öyrən elm ilə dol,
Tez tez vur sağ həmdə ki, sol,

İgid hər gün məşq eylədi,
Görən maşallah söylədi,
Sonda hər şeyi öyrəndi,
Atasına gəlib dedi,

Ey atam mənim mehriban,
İzin ver cəngə qoşulam,
Ata dedi oğul dayan,
Əvvəl gərək mən yoxlayam.

Onlar cəngə başladılar,
Gecə-gündüz vuruşdular,
Sonda yorulub qaldılar,
Sevinib qucaqlaşdılar,

İgid cəngə hazır oldu,
Ata gözünə yaş qondu,
Anası kövrəlib doldu,
Oğlu cəngavər tək durdu,

Bu xəbər eli dolaşdı.
Cəngə ona yollar açdı,
Bəy adamı xəbər saldı.
Cəngavərlərdə toplaşdı.

Yarış qırx gün çəkəcəkdi,
Onlar çox döyüşəcəkdi,
Ağsaqqallar izin verdi ,
Ərənlər meydana girdi,

Əvvəl onlar qurşaq tutdu,
Bir-birini yerə vurdu,
Tez-tez qalxıb çox vuruşdu,
Axır biri qalib oldu.

Növbədə qılınc-qalxan var,
Elə bil meydan oldu dar.
Məğlub edilən oldu xar,
Digəri edir ahu-zar,

Sabah qol güləşi oldu,
Ərənlər meydana doldu,
Tez bir-birini oxudu,
Cəld əlini yerə vurdu.

Yayla oxun vaxtı çatdı.
Yarış burda çox uzandı,
Hamısı nöqtəni tapdı,
Yarış da sabaha qaldı,

Səhər yenə toplandılar,
Tez meydanı dolandılar,
Bir-birinə çox baxdılar,
Oxu yayına taxdılar,

Nişan gəldi oxlar uçdu,
Adamların səbri doldu,
Qəhrəman görək kim oldu,
Tək bir ox hədəfə qondu ,

Ağsaqqalar gəlib baxdı,
O,oxu ordan çıxartdı,
Yay götürüb oxu taxdı.
Onu İgidə uzatdı.

Alqış səsi göyə qalxdı,
Bəyin gözləri yaşardı,
Gəlib onu qucaqladı,
Taxtı ona bağışladı.

İgidə də bəy dedilər,
Onu daha çox sevdilər,
Yığışıb bayram etdilər,
Sevinclərini böldülər.

Vaxt zaman da gəlib çatdı.
Ölüm atasını tapdı,
Ata ilə vidalaşdı.
O, bəyin taxtına qalxdı.

Bəy adamı elan verdi,
Camaahat meydana gəldi,
Bir-birinə baxıb dedi.
Tez xoş xəbər eşidildi.

Bəy gəlib kürsüdə durdu.
Salam verdi O, oturdu,
Ağsaqqal fərman oxudu,
Bəy oğlu yenə bəy oldu.

İgid işinə başladı,
Hər tərəfə güllər saldı,
Qonaqları gəlib baxdı,
Çoxları da heyran qaldı.

Hər iş yolunda gedirdi,
Bəy hər işi izləyirdi.
Gün-güzaran xoş keçirdi,
Camaahat da sevinirdi,

Bəy anası qocalırdı,
Saçları da ağarırdı.
Onun toyu olmayırdı,
Ana gəlinsiz qalırdı.

Bir gün oğlunu çağırdı,
Tez durub bağrına basdı,
Boy-buxununa da baxdı,
Sevinc göz yaşları axdı,

Oğul, dedi yaxın otur,
Artıq anan yaşa dolur,
Sən mənə de nələr olur,
Gül çiçəklərimiz solur,

De nədən sən evlənmirsən,
Sən bəlkə qız bəyənmirsən,
Çox deyirəm dinməyirsən,
Mənim qəlbimə dəyirsən,

İgid dedi canım ana ,
Gəl gəlini qoy bir yana,
İşlər çatmayıbdı sona,
Biz qalib gələk vaxt-zamana .

Aparım səni dağlara,
Ayna gözlü bulaqlara,
Bax çəmənə oylaqlara,
O sıldırım qayalara.

Ananın gözləri doldu,
Qəlbinə bir niskil qondu,
Bəylə birgə çox olmuşdu,
Qayada qoşa durmuşdu.

Sağ ol oğul istəmirəm,
Bir daha ora getmirəm,
Atan yoxdur mən ölürəm,
Bil ki, onu çox sevirəm.

İgid də kövrəlib getdi,
Gəlib otağına girdi,
Bunlar haqda fikirləşdi,
Tənha qalıb xəyal etdi,

Durub uzandı yatağa,
Çevrilirdi sola sağa,
Gözünü yumdu yatmağa,
O, başladı uyumağa.

Yuxusuna bir qız girdi,
Tez-tez onu səsləyirdi,
Mənəm Zümrüdəm deyirdi,
Burdan qurtar söyləyirdi,

O, diksinib tez oyandı ,
Cəld hər tərəfə boylandı,
Bu yuxudur deyib sandı,
Yenə də yuxuya daldı,

Hər şey birdə təkrarlandı,
Sanki onu tər-qan basdı,
Güclə gözlərini açdı,
Durub pəncərədən baxdı.

Bir neçə gün fikirləşdi,
Tez O, anasına gəldi,
Anasını öpüb dedi,
Diləyin ana yetişdi.

Nələr olur mənə danış,
Oğul yuxunla gəl barış,
O, qız sənə qismət imiş,
Tanrı yuxuna göndərmiş,

Hazırlaş səfərə yollan,
Bil gözləyir darda qalan,
Bu yuxuda yoxdur yalan,
Sənsən zəncirləri qıran.

O, səfərə hazırlaşdı,
Zireh geyib kəmər taxdı,
Qılıncın belə bağladı,
Oxu çiynində saxladı.

Köməkçisini çağırdı,
Yola yemək hazırladı,
Çırağı xurcuna atdı,
Döyüş üçün yola qalxdı.

Nəvəsi yorulub yatdı,
Yuxuda gül-çiçək tapdı,
Bir az uyuyub tez qalxdı,
Baba Zümrüd harda qaldı.

O, yenə nağıl danışdı,
Zümrüddən belə başladı,
Bil ki, O, şahın qızıdı,
Div evdən onu oğurladı.

Zümrüd bağçada gəzirdi,
Gül-çiçəkləri dərirdi,
Div də bunları bilirdi.
Qız onu heyran edirdi.

O, vaxt zaman gözləyirdi,
Fürsət ələ düşməyirdi,
Beləcə günlər keçirdi,
Div öz qəlbini didirdi,

O gün gəlib birdən çatdı,
Div qızı götürüb qaçdı,
Ortalıq yaman qarışdı,
Şah sanki od tutub yandı,

Vəzirlərini çağırdı.
Ərənləri tez topladı,
Necə olub şah danışdı,
Bir-bir döyüşə yolladı,

Div Zümrüdü çox sevirdi,
Ona pal-paltar seçirdi,
Yemək özü bişirirdi,
Heç kimə ümüd etmirdi,

Qızı sevib oğurladı,
Amma ona toxunmadı.
Div Zümrüdə çox şey verdi,
Ancaq qəlbin alammadı,

O düşündü cəza verim,
Götürüb zindana gedim,
Əl-ayağa zincir çəkim,
Nə deyəcək mən gözləyim,

Günlər tez-tez gəlib keçdi,
Div yemədi su içmədi,
Zümrüddən xəbər gəlmədi,
Durub özü ora getdi.

Qız qururla dayanırdı,
Bir baş divə boylanırdı,
Div də bundan çaşıb qaldı,
Tez otağına yollandı.

Bilirdi ki, gələcklər,
Haradadır biləcəklər,
Bir-bir burda öləcəklər,
Tükənib birtməyəcəklər.

Fikirləşib tədbir aldı,
Tez Qorxuncu çağırdı,
Nə etməlidir tapşırdı,
Əjdahanı da bağladı.

Döyüşçülər bir-bir çatdı.
Kimi yolu azıb qaldı,
Qara qarğa qarşıladı,
Qorxunc vurub yola saldı.

Zümrüd xilas olunmadı,
O, divlə də barışmadı,
Şahın ərəni qalmadı,
Oturub yaman ağladı,

Babası yorulub qaldı,
Gözləri özü qapandı,
Elə bil xəyala daldı,
Nəvə Rəcəb dayanmadı.

Babası xəbər gözləyir,
Kim doğulacaq bilməyir,
Rəcəb bunu hiss etməyir,
Eləcə nağıl istəyir.

O, babanı silkələdi,
Bəs İgid niyə gəlmədi,
Babanın xəyalı bitdi.
Rəcəbə belə söylədi,

İgid atı çəkdi yana,
Yəhərləyib mindi ona,
Mahmızlayıb çöxdı yola,
O, baxmadı sağa-sola.

İgid gedir uzaqlara,
Qədim möhtəşəm qalaya,
Yuxusundakı zindana,
Gəlib yetişdi dağlara.

Dağlar uca başı qarlı,
Yolunun üstü dumanlı,
Atında dağ tək vüqarlı,
Silah sursatlı yaraqlı.

İgid çıxdı dağ başına,
Düşdü atla durdu qoşa,
Çoxlu sığal çəkdi yala,
At gövşəyir bala-bala.

Tez uzanıb dincin aldı.
Atı çəmənə buraxdı,
Yataraq yuxuya daldı,
At getməyib orda qaldı.

İgid bir səs duyub durdu,
At ayaqla yerıə vurdu,
Uzaqda kimsə dururdu,
Ovçu ceyranı qovurdu.

Yaxınlaşıb ona sordu,
Bu qalanınmı yoludu,
Ovçu sanki heykəl oldu,
Dili elə bil tutuldu.

Toplayıb özünü dedi,
Gəl getmə təhlükəlidi,
Kimsə ordan sağ dönmədi,
İzi tozu bilinmədi.

Deyirlər orda kabus var,
Kim gedərsə tez yox olar,
Qalanın yolları da dar,
Gəl sən götür işıqsaçar.

İgid sağ ol deyib döndü,
Silah sursatı götürdü,
Ata minib onu sürdü,
Ovçunu gözaltı süzdü.

Atını surətlə çapdı,
Dərələri yel tək aşdı,
Tezliklə qalaya çatdı,
Atı kənara buraxdı.

Qılıncını çəkib baxdı.
Hər tərəfi O, yoxladı,
Yavaş-yavaş addımladı,
İlan tək yolu dolandı.

Sonunda qapıya çatdı,
Dartıb zənciri çıxartdı,
Elə bu an səs başladı,
Qara qarğa hay-küy saldı,

İgid sağa-sola baxdı,
Hər tərəfi tez yoxladı,
İrəliyə addım atdı,
Qabağına bir ox batdı.

O, tez kənara çəkildi.
Qorunmaq üçün gizləndi,
Yuxarıya göz gəzdirdi,
Orda heç kimi görmədi .

Yuxusu yadına düşdü,
Qız nə deyib onu gördü,
Səmada kimsə süzürdü,
İgid onu pis görürdü.

Dayanıb bir az gözlədi,
O, uçduğunu izlədi,
Vardır insana bənzəri,
Həm ayağı həm gözləri,

O, yayı çəkib dayandı,
Uçan sanki yolu çaşdı,
İgid cəld oxu buraxdı,
Onun qənədinə sancdı.

O, uçaraq yerə düşdü,
Elə o an igid gördü,
Qılıncını çəkib süzdü,
Qorxunc qan içində üzdü.

İgid pilləkana qalxdı.
Cəld özünü toparladı,
İçəriyə bir də baxdı,
Yol haradı çaşıb qaldı.

İçəridə çox yol vardı,
Həm sağadı həm soladı,
O biri də dik yuxarı,
Digəri də düz aşağı.

Qalada zindan hardadı,
İgid gözünü qapadı,
Fikirləşdi yada saldı,
O hardasa buradadı.

O, əvvəlcə sağı seçdi,
Yavaşca dalana keçdi,
Önə irəliyə getdi,
Tələlərlə O, üzləşdi.

Hər tərəfdə tələ düzmüş,
Tələyə də qıfıl vurmuş,
Açarı özü gizləmiş,
Tələyə düşən ölürmüş.

İgid çırağı çıxartdı,
Tələyə diqqətlə baxdı,
Cəld qıfılları sındırdı,
Tələni kənara atdı.

O, hər tərəfi yoxladı,
Zümrüdü burda tapmadı,
İgid arxaya qayıtdı,
Sola istiqamət aldı.

Təpəgöz dalanı kəsdi,
Ona baxıb gülümsədi,
Bu oğlan indi mənimdi,
Mənim axşam yeməyimdi.

İgid dedi heç tələsmə,
Kənarlaş yemək istəmə,
Özünü mənə göstərmə,
Gəl özünü tez bəsləmə.

O anda döyüş başladı,
İgid onu qarşıladı,
Aşağı əyilib qaldı.
Xəncəri ürəyə sancdı,

Zümrüdü yenə tapmadı,
Qayıdıb yuxarı qalxdı,
Div otağında yatırdı,
Öz-özünə danışırdı.

İgid bildi xəyal görür,
Sanki Zümrüdlə görüşür,
Div elə bil qızı öpür,
Başını qılıncla üzür.

Enir zirzəmiyə düşür,
Əjdahanı orda görür,
O İgidə od püskürür,
Yolu da bağlayıb durur.

İgid bir an fikirləşdi,
Çox uzaqdan qaçıb gəldi,
Tullanıb arxaya keçdi,
Əjdahanın işi bitdi.

Zümrüdü xilas eylədi,
O, atını tez səslədi,
Birlikdə O, ata mindi,
Qızı evinə gətirdi.

Xəbər gəlib şaha çatdı,
O, qalxıb ora yollandı,
Ana şahdan izin aldı,
Onların toyu başladı.

Baba elə bil uçurdu,
Könlünə fərəh qonurdu,
Turab bu gün doğulurdu,
Yeni bir nəvə olurdu.

Onlar çox xöşbəxt yaşadı,
Divlər qız oğurlamadı,
Hüseyn də nağıl yazdı,
Dünya gələcəyə qaldı.

Sənsiz köçər

De görüm hardan gəlirsən,
Ürəyimi alıb gedirsən,
Nə üçün belə naz edirsən,
Niyə baxıb məni süzürsən.

Donuna tirmə-şal geyirsən,
Ətəyinə ipək düzürsən,
Nədən tez-tez baxıb gülürsən,
Əyilib gül-çiçək üzürsən,

Ağ gərdanlıqda sinə açıq,
Tellər bir-birinə dolaşıq,
Kəmərində var min bir naxış,
Zümrüd qaşı ona yaraşıq.

Al yanaqların sanki qönçə,
Ay qız gəl getmə mən ölüncə,
Ləblərin tellərindən incə,
Baxım getmə sənə doyunca.

Baxışın ildırım tək çaxır,
Məni yaman yandırıb yaxır,
Əsir ayaqları dolaşır,
O, yıxılıb gülə sarmaşır.

Belindən sanki üzük keçər,
Suyu üfürüb sonra içər,
Gəl qoyma baqasını seçər,
Hüseyn bil sənsiz köçər.