Ana Səhifə /Cillilər /Vəzifəli şəxslər /Abbasov Mikayıl

Post Title

Abbasov Mikayıl Hümmət oğlu-Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin Texniki direktoru.

Həyatı və fəaliyyəti

1970-ci ilin iyunun 13-də Göyçə mahalının Cil kəndində anadan olub.1987-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası” fakültəsinin "Sənaye elektronikası” ixtisasına qəbul olub.1993-cü ildə Azərbaycan Texniki Universitetinin "Avtomatika və hesablama texnikası” fakültəsinin "Sənaye elektronikası” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Fakültə elmi şuranın qərarı ilə həmin kafedrada tədqiqatçı-mühəndis kimi işə başlamışdır.1998-ci ildən Peyk və radioteleviziya yayımı müəssisəsinin Baş mühəndisi vəzifəsində calışıb. 1999-ci ildən Texniki şöbənin rəisi vəzifəsində calışıb.

2004-cü ilin may ayının 3-dən Teleradio İB-in Baş mühəndisi vəzifəsinə təyin olunmuş və hal-hazırda bu vəzifədə çalışır.12.04.2006-cı ildə Teleradio İB-nin Texniki direktoru vəzifəsinə təyin olunmuşdur. 1995-1999-cu illərdə Azərbaycan Texniki Universitetinin aspiranturasında təhsil alıb.

2000-ci ildə "Texnika elmləri namizədi” alimlik dərəcəsi almışdır. Rus, türk və ingilis dillərini sərbəst bilir.

06.12.07-ci il tarixdə Rabitə Nazirliyinin 207 №-li Əmri ilə, Rabitə ustası adı verilmişdir. 01.12.2008-ci il tarixli, 74 saylı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Mühəndisi fəxri adı ilə təltif edilmişdir.

Ailəlidir. İki övladı var.