Ana Səhifə /Cillilər /Müəllimlər /Abbasov İsmayıl

Post Title

Abbasov İsmayıl Müseyib oğlu - Cil kənd orta məktəbinin riyaziyyat müəllimi.

Həyatı və fəaliyyəti

Abbasov İsmayıl Müseyib oğlu 1959-cu il aprel ayının 12-də Ermənistan Respublikası Krasnoselski r-nunun Cil kəndində anadan olmuşdur. Atası Abbasov Müseyib Hüseyin oğlu adi kalxozçu, anası Abbasova Mehparə Zeynalabidin qızı bəzən evdar qadın olmuşdur, bəzən də tütünçü işləmişdir. 1966-cı ildə Cil kənd orta məktəbinin I sinifinə getmiş və 1976-cı ilin mayında oranı fərqlənmə attestaı ilə bitirmişdir. Müəllimləri: Allahverdi Sadıqov (ibtidai sinif), Şərif Namazov (direktor və dil ədəbiyyat müəllimi), Əmirxan Mirzəyev və Əli Məmmədov (riyaziyyat müəllimi), Fərman Əhmədov (fizika müəllimi), Zeynalabdı Zeynalabdıyev (bialogiya müəllimi), Valeh İsmayılov (kimya), Məhəmməd Hüseyinov və Gölkəndli İsmayıl müəllim (coğrafiya), Daşdəmir Tağıyev, Oruc Məhərrəmov, Haqverdi İbrahimov, Bayram Qurbanov və s. olmuşlar.

Orta məktəb illərində yoldaşları arasında öz nümunəvi davranışı, istedadı və yaxşı oxumağı ilə seçilmişdir. Dəfələrlə fənn olimpiyadalarının rayon turunda iştirak etmişdir.

1976-ci ildə yüksək balla (əla qiymətlərlə) Bakı Dövlət Universitetinin “Mexanika Riyaziyyat” fakultəsinin əyani şöbəsinə daxil olmuşdur. 1981-ci ildə universiteti ela qiymətlərlə bitirmişdir. Universitetdə aldığı təhsilə görə sevimli müəllimləri İsabala Qurbanovu, Zubeyit Tağıyevi, Misir Mərdanovu, Məmməd Yaqubovu, Maarif Əkbərovu, Sabir Mirzəyevi, İbiş İbrahimovu və başqalarını hörmətlə xatırlayır və qürur hissi duyur.

Sonra 1981-1983-cü illərdə təyinatla Azərbayvcan Respublikası İslmayıllı rayonu Aşıxbayram kənd axşam-qiyabi məktəbində məntəqə müdiri vəzifəsində işləmişdir. 1983-1989-cu ildə doğma Cil kənd orta məktəbində riyaziyyat-informatika müəllimi işləmişdir. İşlədiyi az müddət ərzində şagirdləri təlim və təhsilinə görə uğurlar qazanmışdır. Şagirdlərindən Şahvələd Namazov Abutlıb oğlu və Orucov Məhəmməd Məhərrəm oğlu Respublika olimpiyadasında qaliblər sırasında olmuşlar. Yetirmələri Şəhid Zeynalabdıyev Mehbalı Məhərrəm oğlu, Şəhid İsmayılov Əli Əhməd oğlu, qızıl medalist Namazov Şahvələd Abutalıb oğlu, gümüş medal almış Tağıyev Soltan Haqverdi oğlu, sevimli şagirdləri, Abbasov Mikayıl Hümbət oğlu, rəhmətlik Məmmədov Eldar İsgəndər oğlu, Ələsgrov Sahib Əli oğlu, Namazov İsmayıl, Rəhimov Şəxsiyyət, Mazanov Qoşqar, Abbasova İradə, Məmmədov Ələsgər, Şəlalə, Ələsgərov Yaqub, Orucova Sevda, Allahverdiyeva Nailə və s. kəndimizin fəxri olan adamlardır.

1989-cu ildə erməni işğaçılarının azərbaycanlıları öz ata-baba yurdundan deportasiya etməsi nəticəsində qaçqın düşmüşdür. 1989-1990-cı illərdə Xanlar (indiki Göygöl) rayonunun Murud kəndində müəllim, sonra Daşkəsən r-nun Quşçu kəndində riyazoyyat müəllimi və Quşçu kənd İnzibati ərazi dairəsidə İcra Nümayəndəsinin müavini işlərində çalışmışdır. 1996-cı ildə Bakıya köçmüş və “Arzu-Aİ” gəmi təmiri şirkətində kompiter operatoru vəzifəsində işləmişdir. 2000-2004-cü illərdə Xətai rayonu 59 saylı məktəbdə riyziyyat müəllimi olmuşdur.

Işlədiyi müddətdə özünü çalışqan və bacarıqlı müəllim kimi tanıtmışdır. Təhsil Nazirliyinin “Təhsil Əlaçısı” döş nişanı ilə təltif olunmuşdur. Qəbul imtahanlarında şagirdlərinin göstərdiyi nəticələrə görə dəfələrlə fəxri fərmanlar və hədiyyələr almışdır. Kurikulumla əlaqədar yeni yeni yaradılmış dərsliklərin hazırlanmasında iştirak etmiş və V sinif “Riyaziyyat” dərsliyinin müəliflərindən biridir.

Ailəlidir. Həyat yoldaşı Abbasova Həqiqət İsaq qızıdır. 3 övladı 2 nəvəsi var. Böyük oğlu Abbasov Emil İsmayıl oğlu 2005-ci ildə Azərbaycan Politexnik Universitetinin “İnformatika və kompiter texnikası” fakultəsini qurtarmış sonra ABŞ-ın Verciniya Ştatında və Malaziyada Kosmik tədqiqatlar üzrə 6 aylıq və 2 aylıq kurslar keçmişdir. Hal-hazırda Azərkosmos İB-də Yerüstü Stansiyayanın qrup rəhbəri vəzifəsində işləyir.

Ortancıl oğlu Abbasov Ramil İsmayıl oğlu Gömrük İşinin Təşkili fakultəsini bitirmişdir. Xətai və Yasamal rayonlarında İH-də Aparıcı Mühəndis vəzifəsində çalışmışdır. Hal-hazırda rabitə sahəsində işləyir.

Kiçik oğlu Abbasov Samir İsmayıl oğlu ADİU-nin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi fakultəsinin bakalavır və magistır pillələrini qırmızı diplomla bitirmişdir. 4 aylıq proqram üzrə ABŞ-da müxtəlif sosiyal sahələrdə işləmiş və təlim almışdır. Eləcədə, Avropanın bir çox ölkələrində beynəlxalq tədbirlərin iştirakçısı olmuşdur. Bakcell-də Korparativ Satışın bölgə nümayəndəsi, Satış və Xidmət Şöbəsində Yarım-bölmə rəhbəri və Faber Construction şirkətində Layihə Rəhbəri vəzifələrində çalışmışdır. Hal-hazırda işsızdir.

İsmayıl müəllim bu gün də yorulmadan gənc nəsilin yüksək səviyyədə təhsil və tərbiyyə alması üçün öz bilik və bacarıqlarını əsirgəmir. 2004-2015-ci illər ərzində onun yetirmələrindən 4 nəfər prezident təqaütçüsü, 10-larla 600 və 650-dən yuxarı bal toplamış məzunları var. Öz Cil kəndində olan və eləcə də digər məzunları ilə fəxr edir və onlarla qürur duyur.