Ana Səhifə /Cillilər /Müəllimlər /Abbasov Yaqub

Post Title

Abbasov Yaqub Məmməd oğlu-Cil kənd orta məktəbinin riyaziyyat müəllimi.

Həyatı və fəaliyyəti

Yaqub Məmməd oğlu Abbasov 1951-ci il sentyabrın 5-də Göyçə mahalının Cil kəndində anadan olub.1958-ci il sentyabrın 1-də Cil kənd orta məktəbinin 1-ci sinfinə gedib.1964-cü ildə Azərbaycan SSR-in Daşkəsən rayonunda peşə məktəbinə daxil olub.1966-cı ildə yenidən Cilə qayıdıb və orta məktəbdə təhsilini davam etdirib.Orta məktəbi bitirdikdən sonra 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsinə daxil olub.

1972-ci ildə ordu sıralarına çağrılıb.Hərbi xidmətini Rusiya Federasiyasının Çita vilayətində keçib.Hərbi xidmətdə olan zaman dəfələrlə nümunəvi xidmətə görə medallarla və fəxri fərmanlarla təltif olunub.1974-cü ildə Sovet ordusu əlaçısı döş nişanı ilə təltif olunub.Ordu sıralarından tərxis olunduqdan sonra yenidən Universitetdə təhsilini davam etdirib.Sonra Universitetdəki təhsilini qiyabi şöbəyə çevirib, Cil kəndinə qayıdıb və Cil kənd orta məktəbində riyaziyyat müəllimi işləyib.Həmçinin Cil kənd orta məktəbində Həmkarlar Təşkilatının Sədri vəzifəsində çalışıb.1988-ci ilin dekabrına qədər Cil kənd orta məktəbində müəllim işləyib.

Erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi növbəti deportasiya zamanı Yaqub Abbasov ailəsi ilə birlikdə əvvəlcə Tovuz rayonunun Dönük-Qırıqlı kəndində, sonra isə Daşkəsən rayonunun Quşçu kəndində məskunlaşıb.Quşçu kənd orta məktəbində riyaziyyat müəllimi, direktor müavini işləyib.2008-ci il yanvarın 31-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Ailəli olub.Dörd övladı, on nəvəsi var.