Ana Səhifə /Cillilər /Vəzifəli şəxslər /Aslanov Vahid

Post Title

Aslanov Vahid İsmayıl oğlu.

Həyatı və fəaliyyəti

Aslanov Vahid 1935-ci il noyabrın 28-də Göyçə mahalının Cil kəndində anadan olub.Toğulca kənd orta məktəbinin 10-cu sinfini bitirib və hərbi xidmətə gedib.1953-cü ildə ordu sıralarından tərxis olunduqdan sonra Gəncə şəhərində Maliyyə Kredit Texnikumuna daxil olub.Texnikumu bitirdikdən sonra 1959-cu ildə Şorca kolxozlararası quşçuluq fermasında baş mühasib işləyib.

1968-ci ildə Cil kənd heyvandarlıq kolxozunda baş mühasib vəzifəsinə təyin olunub.1975-ci ildə Cil kənd heyvandarlıq kolxozuna kolxoz sədri təyin edilib.1981-ci ildə isə Cil kənd heyvandarlıq sovxozuna direktor vəzifəsinə təyin edilib.1983-cü ildən 1988-ci ilə kimi həmin sovxozun baş mühasibi vəzifəsində çalışıb. Cil kəndində vəzifədə işlədiyi müddətlərdə kəndin inkişafı üçün daim səy göstərmişdir.O cümlədən kəndə telefon xəttinin çəkilməsində, orta məktəb binasının inşa olunmasında xüsusi xidmətləri olmuşdur.

Azərbaycanlıların öz ata-baba yurdundan deportasiya olunması ilə əlaqədar olaraq Vahid Aslanov ailəsi ilə birgə Gəncə şəhərində məskunlaşıb.1989-cu ildə Göy-göl rayonunda Azərbaycan bioloji kombinatında baş mühasib vəzifəsinə təyin olunaraq əmək fəaliyyətini davam etdib.1990-cı ildə "Azərnəqliyyatbank” kommersiya bankının Gəncə filialında baş mühasib vəzifəsinə təyin olunub.

2000-ci ildə Bakı şəhərinə köçüb və bankın nəzdində fəaliyyət göstərən Lombardın baş mühasibi təyin olunub.Hal-hazırda həmin vəzifədə çalışır. 2006-cı ildə Həcc ziyarətinə gedib.

Ailəlidir.İki oğul, dörd qız atasıdır.

Özünün dediklərindən: Mən Cil kəndin bütün camaatını salamlayıram və onlara minnətdarlığımı bildirirəm.Allahdan uzun ömr, can sağlığı arzu edirəm.Hardasa Cil camaatını görəndə çox sevinirəm.Cillilər mənim üçün əziz insanlardır.