Ana Səhifə /Cillilər /Vəzifəli şəxslər /Ələkbərov Elnur

Post Title

Ələkbərov Elnur Əvəz oğlu - Azərbaycan Respublikası Energetika nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri

Həyatı və fəaliyyəti

Ələkbərov Elnur Əvəz oğlu 1984-cü il mart ayının 30-da Bakı şəhərində anadan olub.

2000-ci ildə Bakı şəhəri 20 nömrəli məktəb-liseyini bitirib. 2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Ümumi iqtisadiyyat” sahəsi üzrə bakalavr pilləsini fərqlənmə ilə bitirib. 2007-ci ildə “İqtisadiyyat və idarəetmə” sahəsi üzrə magistr pilləsini fərqlənmə ilə başa vuraraq magistr dərəcəsi alıb. 2006-cı ildə Böyük Britaniyanın Oksford Bruks Uniersitetinin Biznes və beynəlxalq maliyyə üzrə balakavr dərəcəsi alıb.

2001-ci ildən “Azər-Türk Bank” ASC-də mühasib kimi işləyib, 2007-2010-cu illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-in İnvestorlarla əlaqələr şöbəsində mütəxəssis, baş mütəxəssis və şöbə müdiri vəzifələrində çalışıb. 2011-ci ildən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında işləyib. Beynəlxalq əlaqələr və biznesin inkişafı şöbəsinin müdiri olub. 2017-2019-cu illərdə “AzerGold” QSC-də Strategiya və inkişaf istiqaməti üzrə müxtəlif rəhbər vəzifələrdə işləyib.

2019-cu ildən Azərbaycan Respublikası Energetika nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri vəzifəsində çalışır.

Çalışdığı dövrdə beynəlxalq təşkilatlar, maliyyə institutları, səfirliklərlə əməkdaşlıq edib. Respublikamızda və xarici ölkələrdə bir çox sammit, konfrans, forum, sərgi və seminarlarda iştirak, təşkilatçı və çıxışçı olub.

İngilis, rus və türk dillərini bilir.

Ailəlidir.