Ana Səhifə /Cillilər /Vəzifəli şəxslər /İbrahimov Oruc

Post Title

İbrahimov Oruc Həmzə oğlu.

Həyatı və fəaliyyəti

İbrahimov Oruc Həmzə oğlu 1909-cu il sentyabırın 9-da Göyçə Mahalının Cil kəndində anadan olmuşdur.Üç yaşı olanda atasını itirmiş Oruc ana və nənəsinin himayəsində qalmişdır.Onun böyüməsində özündən təqribən 3-4 yaş böyük olan Hürnisə bacısının,anası Sayalının və nənəsi Söylünün xidmətləri olmuşdur.Onlar iki qardaş bir bacı olmuşlar.Ozündən 3 yaş kiçik qardaşı Həmzə də gözəl tərbiyə almış,hər üçü tərbiyələri və əməksevərlikləri ilə seçilmişlər.1919-cu ilin yazında erməni daşnakları tərəfindən qovulmuş Göyçə camaatı kimi Cil kəndinin adamları da Azərbaycana pənah gətirir.11 yaşlı Oruc da Tovuz rayonun İrmaşlı kəndində qərar tutur.Balaca Oruc və bacısı Hürnisə,qardaşı Həmzə özlərini əməyə bağlayırlar.Onların tərbiyəsi,əməksevərlikləri kənd adamlarını heyrətə gətirir.Təqribən 3-4 il həmin kənddə yaşayırlar.Kənddə yaşadıqları zaman Tomu oğlu Məhəmməd çox çalışır ki, onlar həmin kənddə qalsınlar və orada yaşasınlar .Kənddə yaşadıqları zaman Tomu oğlu Məhəmməd çox çalışır ki, onlar həmin kənddə qalsınlar və orada yaşasınlar. Yeniyetmə cavanlara deyir ki, siz də mənim balalarım.Sizə ayrıca torpaq və ev verim qalın bu kənddə.Kəndin sayılan bir çox ağsaqqalları bu gənclərin həmin kənddə yaşamalarına çox can atsalar da vətəndən el obalarından ayrılmaq istəmirlər.Ata-babalarının uyuduqları torpağı əziz tutaraq öz doğma kəndlərinə Cilə qayıdırlar.1922-1923-cü illərdə Cilə qayıdan gənclərin 2-si ailə qurur.Öz əməkləri ilə əkin-biçinlə məşğul olmağa başlayırlar.Hamı kimi bu cavanlar da çox gözəl yaşamağa başlayırlar.Onların tərbiyəsi,əməksevərliyi kənd adamlarının diqqətindən yayınmır.

Kolxozlaşma başlanan kimi Orucu kolxoza briqadir qoyurlar.Onun gözəl işini görürlər və iki ildən sonra onu Cil kənd sovetinin sədri seçirlər.Bacarıqlı təsərrüfat işçisi və cavan ikən el adamı kimi tanınır.Onu 1943-cü ildə Basarkeçər rayonun Dərə kəndinə kolxoz sədri vəzifəsinə irəli çəkirlər.Dərə kəndinin ağsaqqallarını və iş adamlarını ətrafına yığaraq işə başlayır.Həmin kənddə bağçılığa,dirrik bitkilərinə,hətta bostançılığa da fikir verir.Onu Oruc kişi kimi çağırırlar.Birinci il hər əmək gününə 14 kq buğda,ikinciil 16 kq, üçüncü il isə 17 kq taxıl bölür.İşgüzarlığı görən rayon rəhbərliyi onu daha böyük təsərrüfata Cil kolxozuna rəhbər təyin etmək fikirinə düşür.Həmin ildə Cil kolxozunun taxıl dərzləri qarın altında qalmışdı.O, 1937-ci ilin dekabr ayında Cil kəndinə kolxoz sədri göndərildi.Dağlarda qarın altında qalan taxıl dərzlərini özü də cammatla bərabər araba gedən yerlərə endirdilər və xırmanda tayalara vurdular.Yazda həmin dərzlər döyüldü görə məktəb binası və ona bitişik iclas zalı inşa etdirdişQarabulaq adlanan suyun altında su elektrik stansiyası tikdirdi.

Təsərrüfat işləri ilə bərabər kəndin abadlaşmasına başlandı.Kənddə dəyirman,idarə və fermalar,tütün qurutmaq üçün üstü örtülü yerlər tikildi.İki – üç ilin içərisində Cil kolxozu respublikada 1-ci yerə çıxdı.1939-cu ildə SSRİ Kənd Tisərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı oldu.Kolxoz sədri Oruc İbrahimov həmin sərginin qızıl medalına layiq görüldü.Sağıcı Süsənlər gümüş medala,təsərrüfat briqadiri Əliyev Evaz qızıl saat,bir neçə adam fəxri fərmana layiq görüldü.Kolxoza bir zil avtomaşın,bir motosklet də verildi.Oruc kişinin hörməti sayəsində kənddən çox adamları rayona vəzifələrə apardılar.Qardaşı İbrahimov Həmzə 1933-1935-ci illərdə əsgəri xidmətdə olub və ikinci dünya müharibəsindən qayıtmamışdı .Oruc kişi həm də siyasi rəhbər kimi hərbi məktəbi qurtarmışdı.Kənddə əsgəri çağırışçılara təlim keçir və onlara ilk əsgəri qaydaları öyrədirdi.1937-ci ildən Sovet İttifaqı Komunist Partiyasının üzvü idi.

Müharibə başlananda Oruc kişinin 32 yaşı vardı.Ona <> verdilər və müharibəyə aparmadılar ki,arxa cəbhədə fəal iştirak etsin və əsgərlərin ərzaqla təmin edilməsi yaxşı olsun.Müharibə vaxtı rayonun Caykənd kolxozu dağılmaq təhlükəsi ilə üzləşmişdi.1942-ci ildən 1946-ci ilə kimi o, həmin kolxozda kolxozun sədri kimi işlədi və təsərrüfatı qabaqcıllar sırasına çıxartdı.Həmin kənddə öz namusunu,qeyrəti və işi ilə o qədər hörmət qazandı ki,hamıona ata deyirdi.

Oruc 1946-ci ilin sonusunda öz doğma kəndinə qayıtdı.Onu partiya təşkilatının katibi seçdilər.Kolxoz əvvəlki səviyyəsini saxlaya bilməmişdi.1947-ci ildə cammat onu yenidən kolxoza sədr seçdi.1954-cü ilə kimi kolxoza rəhbərlik etdi və kolxozu əvvəlki səviyyəyə qaldırdı. 7 ildə kənddə hər cür şərait yaratdı.Rayonun Ağbulaq kolxozu çox pis hala düşmüşdü.Tez onun əlacını Oruc kişidə gördülərRayon onu Ağbulaq kəndinəgöndərdi.Kənddı abı-hava təmiz dəyişmişdi.Kəndin əhalisinin xeyli hissəsi başqa-başqa yerlərə köçüb getmişdi.Orada işi elə təşkil etdi ki,tez bir zamanda kolxoz rayonun ən qabaqcıl kolxozuna çevrildi.

Uzun müddət bir-neçə kəntddə kolxoz sədri işlədikdın sonra Cil kəndində poçt müdri işləmişdir.Onun üçün xalqımızın adət və ənənənləri həmişə öndə olardı.Qocalara,kimsəsizlərə qayğı onun ən ümdə amalı olmuşdur.O,bütün xeyir,şər işlərin təşkilində və onun adət-ənənəyə görə keçirilməsinin gözəl təşkilatçısı idi.Bircə işlədiyi kənd və rayonda deyil,bütöv Göyçə mahalında onun sözü yerə düşməzdi.Göyçənin ağsaqqalı hesab olunurdu.Oruc İbrahimov 1984-cü il avqustun 30-da vəfat edib və doğma Cil kəndində dəfn olunmuşdur.

Qardaşı Allahverdi Sadıqov
Əməkdar müəllim,xalq maarifi əlaçısı,

Sarı Oruc
Qeyrət,hikmət duhasıydı,
Ər kişiydi,Sarı Oruc.
Elin dayaq mayakıydı,
Nər kişiyidi Sarı Oruc.

O,kolxoza sədir idi,
Hər bir işə qadir idi.
Cəsarətdə nadir idi,
Tək kişiydi Sarı Oruc

Qurub,tikib,yaradırdı
Cilə şərəf,həm vüqardı
Dost,sədaqət,etibardı,
Pir kişiydi Sarı Oruc.

Adı sığmaz dastanlara,
Nəbi Köşkün,tarix ara,
Bərk ayaqda gələn kara,
Bir kişiydi Sarı Oruc.

Nəbi Mustafayev (köçkün)