Ana Səhifə /Cillilər /Vəzifəli şəxslər /İmranov Nəriman

Post Title

İmranov Nəriman Şamo oğlu- Azərbaycan Respublikasının keçmiş milli təhlükəsizlik naziri.

Həyatı və fəaliyyəti

Nəriman İmranov 1944-cü il yanvar ayının 2-də Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub.1969-cu ildə Azərbaycan Pedoqoji İnstitutunu bitirib.1975-ci ildə SSSR Milli Təhlükəsizlik Komitəsinin Ali məktəbinə oxumaq üçün təyinat alıb.Buranı bitirdikdən sonra dövlət təhlükəsizlik orqanlarında xidmətə başlayıb.4 oktyabr 1986-cı ildə Nəriman İmranov Azərbaycan SSR-nin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub.Daha sonra SSSR Milli Təhlükəsizlik Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

Nəriman İmranov 3 iyul 1993-cü ildə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri vəzifəsinə təyin edilib.15 may 1994-cü ildə general-mayor rütbəsi verilib.15 oktyabr 1994-cü ilə qədər həmin vəzifədə çalışıb.

Hal-hazırda təqaüdçüdür.Ailəlidir, 3 övladı var.