İmranov Şahin Səlim oğlu - azərbaycanlı boksçu, idman ustası.
Şahin İmranov 23 sentyabr 1980-ci ildə Sumqayıt şəhərində anadan olub.Əslən Göyçə mahalının Cil kəndindəndir. 20 saylı orta məktəbin məzunudur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
İdmanda uğurları
Şahin İmranov Boks üzrə Avropa Çempionatının gümüş (Rusiya-2002), Hərbçilər arasında Olimpiya Oyunları (İtaliya-2003) və Dünya Çempionatının (İrlandiya-2002) bürünc mükafatçısı, XXVIII Afina (2004) və XXIX Pekin (2008) Yay Olimpiya Oyunlarının iştirakçısıdır. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında 57 kq çəki dərəcəsinin ilk görüşündə Qazaxıstan boksçusu əslən azərbaycanlı Qalib Cəfərovu, ikinci görüşündə isə gürcüstanlı Nikolas İzoriyanı, 1/4 finalda Kuba boksçusu İdel Torrienteni məğlub edib. Yarımfinal mərhələsinə fransız rəqibi Dafe Celekuraya aldığı zədə səbəbindən məğlub olaraq bürünc medala sahib olub.
Olimpiya Oyunlarında əldə etdiyi nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Məşqçisi Azərbaycan Respublikasının əməkdar məşqçisi Eldar Əbilovdur.