Ana Səhifə /Cillilər /Vəzifəli şəxslər /Mazanov Qurban

Post Title

Qurban Əhməd oğlu Mazanov - Milis formasındakı aktyor.

Həyatı və fəaliyyəti

O, Göyçə mahalının Cil kəndində anadan olmuşdur.

1970-ciilin əvvəllərində Bakıda yol tənzimləyicisi işləyən Qurban Mazanovu demək olarki, hamı tanıyırdı. Hər gün yüzlərlə insan onun işini izləyirdi. Millisionerdə bu ustadlığa hamı həsəd aparırdı və onu "yolun drijoru”, "aktyor-milisioner” adlandırırdılar.

Sovet Ordusu sıralarından tərxis olunduqdan sonra Qurban Mazanov Bakıya gəlir. Nizami kinoteatrının yanından keçən gənc Qurban addım saxlayıb yol nizamlayıcısının işinə heyran qalır. Nizamlayıcının yaşının çox olmasına baxmayaraq, maşınların hərərkətində tıxac yaranmasına imkan vermirdi. Yol nizamlayıcısı ürəkdən işləyir, onun bu işi Qurbanın çoxxoşuna gəlir və o bu sənəti öyrənmək üçün qərar qəbul edir. Bir neçə ildən sonra bu işdə ona bərabər adam yox idi.Onun bu qeyri-adi bacarığı "Вечерняя Москва" qəzetində də dərc edilmiş və qəzetdə Moskva nizamlayıcılarına Qurbanın bu ustalığından öyrənmək tövsiyyə olunmuşdur.

Bu sahədə işlədiyi iyirmi il ərzində, onun mükafatları çox idi:fəxri fərman, medallar, o cümlədən 1964-cü ildə keçirilən "светящегося жезла” konkursunun qalibi olmuşdur.Ona ən çox populyarlıq gətirən 1968-ciildə bir hissəsi Bakıda çəkilmiş "Бриллиантовaя рукa” filmində epizodik rola (nizamlayıcı) çəkilməsi olmuşdur.Onun haqqında həttə keçmiş SSRİ-də məşhurolan "Огенек” jurnalında da məqalə dərc olunmuşdur.

O,2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.