Ana Səhifə /Şəhidlər /Qarabağ uğrunda /Mədətov Adil

Post Title

Mədətov Adil Xıdır oğlu.

ÜNVANIMI XƏBƏR ALSAN

Vətən hər kəs üçün, ən əvvəl doğulduğu evin kandarından başlayır.Adil Xıdır oğlu Mədətov üçün Vətənin sərhəddi əvvəlcə 1972-ci ilin 15 iyulunda qoynunda göz açdığı Cil kəndindən başlasa da, 1988-ci il tufanından sonra Azərbaycan torpağının hər qarışı ona əziz və doğma oldu.Onların ailəsi İsmayıllı rayonunda sığınacaq tapdı.Adil orta təhsilini başa çatdırıb İsmayıllı rayon kənd Təsərrüfatı Tikinti Birliyində işə düzəldi.Tezliklə bacarığına, işgüzarlığına görə onu briqadir seçdilər.1990-cı il mayın 13-də isə ordu sıralarına çağrıldı.O, əvvəlcə Frunzedə, sonra isə Qazaxıstanın Çİmkənd vilayətində xidmət etdi.Bu o zaman idi ki, erməni quldurları getdikcə daha da quduzlaşır, meydan sulayırdılar.

Adil bu vəziyyətə dözə bilmirdi.Nəhayət, 1992-ci il yanvarın 18-də Bakıya qayıtdı.Anası Fəridə xanımın "Nə üçün qayıtdın Adil?” sualına cavabı qısa və qəti oldu:”Xocalının qisasını almaq üçün”.

O, 13 iyundan Milli Ordumuzda xidmətə başladı.Hərbi təlim keçdikdən sonra cəbhəyə yola düşdü.Kəlbəcər, Ağdam, Laçın uğrunda gedən döyüşlərdə fəal iştirak etdi, özünü cəsarətli döyüşçü kimi göstərdi.

Adil səyyar artilleriyada topçu idi.Topun dilini gözəl mənimsəmişdi.İsmayıllının Diyallı kəndindən olan döyüş dostu Xəyalın dediyinə görə, o, topun arxasına atəş açmaq üçün keçəndə zarafatla deyərdi :”Göyçə kəkliyi qaqqıldayır, səsinə qulaq asın uşaqlar!”.Döyüşə gedəndə isə:”Mən Göyçə balasıyam.Arxamca.Göyçəni də azad etməliyik” deyərdi.

Adil ağır döyüşlərdə bi çox təhlükəli məqamlarda vəziyyətdən çıxış yolu tapa bilmişdi.Kəlbəcər yüksəkliklərindən birində 18 gün mühasirədə qalmış, bu təhlükədən igidliklə qurtula bilmişdi.Gülərüz, şən, cəsur oğlanı ölüm beləcə qarabaqara izləsə də yaxın düşə bilməmişdi.Laçının Qoçaz kəndində isə...

Adilin batalyon komandiri Abdullyev onun son döyüş günlərini belə xatırlayır:”Adil Ağdərənin Çıldıran yüksəkliyində 3 günlük ağır döyüşdə əsl igidlik göstərdi.Ona döyüşdən sonra dincəlmək üçün istirahət verisə də bundan imtina etdi və yenidən Qoçaz kəndi uğrunda döyüşə atıldı.Döyüşün qızğın anında onun sinəsi bir anda lalələrdən rəng aldı.Kəmfürsət snayper "gülləsi” ürəyindən dəymişdi”.

Adil cəbhədə olduğu müddətdə evə göndərdiyi yeganə məktubunda anasına yazmışdı:”Oktyabr ayında Vətən torpaqlarını azad edib alnıaçıq geri dönəcəyəm.Gözlə yolumu, ana”.

Adil canından artıq sevdiyi anasına verdiyi vədədən bir ay da tez gəldi evə.Fəqət çiyinlərdə...Müqəddəs İsmayıllı torpağı onu əbədi uyumaq üçün öz qoynuna aldı.

Ata-baba məskənimsən,
Ana yurdum, elim, Göyçə!
Ünvanımı soruşanda,
Tez-tez deyir dilim Göyçə!

Hər mahalın bir adı var,
Ana yurdun öz dadı var!
Qonaqpərvər övladı var,
Uzanıqlı əlim Göyçə!

Qazax, Tovuz, Şəmkir, Gəncə,
Qarabağdan dost gəlincə,
Obalarda incə-incə,
Açılıbdı gülüm, Göyçə!

Zəki qurban ocağına,
Dörd küncünə, bucağına.
Balan kimi qucağına,
Darıxıram gəlim, Göyçə!
Bu gün Adilin ata-baba məskəni ulu Göyçə də yağı əlindədir, dustaqdır!

Məqalə Fərzalı Rüstəmli tərəfindən yazılmışdır.