Ana Səhifə /Cillilər /Müəllimlər /Rəhimov İsfəndiyar

Post Title

Rəhimov İsfəndiyar Kazım oğlu- Cil kənd orta məktəbinin cəbr və həndəsə müəllimi

Həyatı və fəaliyyəti

Rəhimov İsfəndiyar Kazım oğlu 1953-cü il iyul ayının 15-də Göyçə mahalının Cil kəndində kolxozçu ailəsində dünyaya gelmisdi. 1960-cı ildə Cil kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1971-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1975-ci ildə institutu müvəffəqiyyətlə bitirərək Ağdam rayonunun Üçoğlan kəndindəki orta məktəbə təyinatla cəbr və həndəsə müəllimi təyin olunmuşdur.

1978-ci ildə doğma yurdu olan Cil kəndinin orta məktəbində cəbr və həndəsə müəllimi kimi pedoqoji fəaliyyətini davam etdirmişdir.

1988-ci ildə erməni quldurlarının azərbaycanlıları öz doğma dədə-baba yurdundan deportasiya etməsi nəticəsində İsfəndiyar müəllim öz ailəsi ilə birgə Bakı şəhərində məskunlaşdı və 1989-cu ildən Bakı şəhəri, Xətai rayonu, 261 nömrəli orta məktəbdə cəbr və həndəsə müəllimi kimi öz fəaliyyətinə başladı.

Pedoqoji fəaliyyəti dövründə bir çox nailiyyətlərə imza atan İsfəndiyar müəllimin ən ali uğuru 2008-ci ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti sərəncamı ilə respublikanın əməkdar müəllimi adına layiq görülməsidir.

2010-cu ilin iyul ayının 6-da ağır xəstəlik səbəbindən 57 yaşına 9 gün qalmış vəfat etmişdir.

Allah rəhmət eləsin!