Ana Səhifə /Cillilər /Alimlər /Tağıyev Əli

Post Title

Tağıyev Əli Daşdəmir oğlu - Texnika elmləri namizədi, alim, Beynəlxalq Rabitə akademiyasının həqiqi üzvi, akademiki

Həyatı və fəaliyyəti

Tağıyev Əli Daşdəmir oğlu 1974-cü ildə Göyçə mahalının Cil kəndində anadan olub.

1992-ci ildə Bakı şəhəri Nəsimi rayonu 152 saylı orta məktəbi bitirib.Həmin ili Təhsil Nazirliyinin xətti ilə Türkiyə Respublikasının Yıldız Universitetin Elektronika və haberləşmə fakultəsinə qəbul olunub.Səhhəti ilə əlaqədar olaraq Aərbaycan Texniki Universitetinə köçrülüb.1997-ci ildə Aərbaycan Texniki Universitetinin bakalavr pilləsini,1999-cu ildə magistr pilləsini bitirib.2000-ci il ildə Az.T.U.-nun aspirantura şöbəsinə qəbul olunub.2003-cü ildə dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi, alimlik dərəcəsi almışdır. 2012 ci ildən Beynəlxalq Rabitə akademiyasının həqiqi üzvi, akademikidir.

Elmi iş stajı 19 il, pedoqoji iş stajı 16 il, 130-dan çox elmi məqalə, 5 dərslik və dərs vəsaiti ,tədris-metodiki işi, dərc edilmişdir.