
Xələfov Xələf Alı oğlu — Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini, diplomat.
Xələf Xələfov 1959-cu ilin sentyabrın 21-də Göyçə mahalının Cil kəndində anadan olmuşdur.
1977-1982-ci illərdə Kiyev Dövlət Universitetini bitirmişdir.
1983-1990-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor - bölmə rəisi olmuşdur.
1990-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil almışdır.
1991-1992-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi vəzifəsində çalışıb.1992-1997-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi olmuşdur.
1997-ci ildən indiyə kimi Azərbaycan Xarici İşlər Nazirinin müavinidir.
2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit” ordeni ilə təltif olunmuşdur.