Cil kəndinin saytında sizi xoş gördük!
Bu layihə Göyçə mahalı, Cil kəndinə həsr edilib. İlk dəfə 2012-ci-ildə işıq üzü görən sayt daim yenilənir və yeni məlumatlarla təmin olunur. Əziz ellilər, saytın daha zəngin olması üçün, maraqlı materiallarla təchiz edilməsi üçün sizin dəstəyinizə ehtiyacımız var. Odur ki köməyinizi əsirgəməyin və əlinizdə olan məlumatları bizə info@cilliler.com email ünvanına göndərin, biz isə öz tərəfimizdən onları saytda dərc edək. Saytın yaradılmasında xüsusi dəstəyə görə Məhəmməd Əli oğlu Tanırverdiyevə
dərin təşəkkürümüzü bildiririk.