01 APREL 2017
İGİD KƏŞFİYYATÇI
1988-ci ilin qəfil qopan erməni qasırğası ulu oğuz diyarı Göyçəni yerindən oynadanda Mehbalı hələ Cil kənd orta məktəbində oxuyurdu.Haqsızlıq ucbatından məhvərindən çıxan dünyanın ağrı-acısını 14 yaşında ikən dadan Mehbalı ...
01 APREL 2017
Başın sağ olsun, Vətən!
Azərbaycana Odlar Yurdu, igidlər məskəni, şairlər vətəni deyiblər. Odu, atəşi övladlarının qəlbinə hərarət, igidləri torpağına şan-şöhrət, şairləri el-obasına söz-qüdrət gətiribdir həmişə. Müdriklər diyarı olub Azərbaycan.
Yeraltı, yerüstü sərvətləri ilə tanınıb torpağımız. Elə bil Uca Yaradan heç bir gözəlliyini əsirgəməyib bu torpaqdan.Yaxşı nə varsa hamısını bol-bol bəxş edib bu məmləkətə. ...
01 APREL 2017
ÜNVANIMI XƏBƏR ALSAN
Vətən hər kəs üçün, ən əvvəl doğulduğu evin kandarından başlayır.Adil Xıdır oğlu Mədətov üçün Vətənin sərhəddi əvvəlcə 1972-ci ilin 15 iyulunda qoynunda göz açdığı Cil kəndindən başlasa da, 1988-ci il tufanından sonra Azərbaycan torpağının hər qarışı ona əziz və doğma oldu.Onların ailəsi İsmayıllı rayonunda sığınacaq tapdı.Adil orta təhsilini başa çatdırıb İsmayıllı rayon kənd Təsərrüfatı Tikinti Birliyində işə düzəldi ...
01 APREL 2017
VƏTƏN SƏNİ UNUTMAZ
Dədə Ələsgər ünvanlı oğuz diyarının qeyrət nişanəsiydi Lətif.Ucaboy, enlikürək, dağ təbiətli, dağ vüqarlı...
Lətif Əmir oğlu Məhərrəmov 1973-cü il yanvarın 8-də Cildə anadan olmuşdur.1980-ci ildə 1-ci sinfə getmiş, yoldaşları arasında xüsusi istedı ilə seçilmişdir.Lətif məktəb....
01 APREL 2017
HƏSƏNLƏ VÜQAR ATASININ İNTİQAMINI ALACAQLAR...
Vətəni,yurdu, ocağı həmişə qeyrətli oğullar qoruyub saxlamış və yaşatmışlar.Belə oğullardan biri də Allahverdi idi.
Allahverdi Qurban oğlu Həsənov 1960-cı ildə Cil kəndində doğulmuş, orada ərsəyə çatmışdır.O, hamı kimi məktəbə getmiş, 1977-ci ildə məktəblə vidalaşıb,...
01 APREL 2017
TAY-TUŞLARI ARASINDA SEÇİLİRDİ
Xalqımızın qəlbində əbədiyyət qazanan Rövşən kimi şəhidlərimiz qan yaddaşımızı yaşadanlardır.Əslən Cildən olan Rövşənin qısa, mənalı həyat yolu bir neçə cümləyə sığışsa da bu günümüz üçün də, sabahımız üçün də ibrətdir.
Rövşən Məmməd oğlu Cəlilov 1974-cü il fevralın ...
01 APREL 2017
HƏR ŞEY DƏYİŞƏRMİŞ ZAMANA KİMİ
Qədim oğuz torpağının başı nələr çəkməyib...Tarixən bu yurdun övladları yadellilərə qarşı həmişə ayıq-sayıq və amansız olmuşlar.Ulu Dədə Qorqud öz deyimlərində təpəgözlər, divlərə qarşı basatların, beyrəklərin vuruşduğu qəhrəmanlıq səhnələrini təsvir edir.
Bu təpəgözlər əl çəkmir ki, çəkmir...
01 APREL 2017
VÜQAR KİMDİR...
Vüqar Abbas oğlu Ələkbərov 1973-cü ilin 6 aprel günü Bakı şəhərində doğulub.Əslən Göyçə mahalının Cil kəndindəndir.1981-ci ildə Nərimanov rayonundakı 45 saylı orta məktəbin 1-ci sinfinə gedib.1990-cı ildə orta məktəbi bitirməsi haqda attestat alıb.Hələ məktəbdə oxuduğu illərdə ictimai işlərdə fəallıq göstərib, coğrafiya kabinetinin təşkilində lazımi lövhələırin işlənməsində, rəsmlərin çəkilməsində xüsusilə fərqlənib...
01 APREL 2017
YURD HƏSRƏTLİ ƏLİ
Televiziyada Göyçə ilə bağlı veriliş gedirdi.Aşıq Müseyib və onun ailəsi, eləcə də digər göyçəli qadınlar dərdli-dərdli danışır, bayatı, şeir deyir, gözlərindən leysan kimi tökürdülər.Ömrün ixtiyar çağında Müseyib kişi elə yanıqlı, elə qüssəli danışırdı ki, onun keçirdiyi ağrı-acını duymamaq mümkün deyildi.Sanki "Göyçə” deyəndə dodaqları alışır, ...
01 APREL 2017
ON YEDDİ YAŞLI ƏSGƏR
Köç karvanı yollara düzüldü.Maşın qatarı Şahdağının ətəyi, Göyçə gölünün kənarı boyunca axıb gedirdi.Hərə beş-altı şəltəsini yük maşınlarının belinə atıb, harayasa üz tutmuşdu.Yurdunu-yuvasını, var-dövlətini, illər boyu yığıb-yığışdırdığını düşmənə verib gedirdi.Karvan gedir, ürəklər getmirdi.Yaşlı gözlər dağları-dərələri, yalçın qayaları baxışları ilə öpə-öpə uzaqlaşırdı...