Məhərrəmov Lətif Əmir oğlu.
Vətən hər kəs üçün, ən əvvəl doğulduğu evin kandarından başlayır.Adil Xıdır oğlu Mədətov üçün Vətənin sərhəddi əvvəlcə 1972-ci ilin 15 iyulunda qoynunda göz açdığı Cil kəndindən başlasa da, 1988-ci il tufanından sonra Azərbaycan torpağının hər qarışı ona əziz və doğma oldu.Onların ailəsi İsmayıllı rayonunda sığınacaq tapdı.Adil orta təhsilini başa çatdırıb İsmayıllı rayon kənd Təsərrüfatı Tikinti Birliyində işə düzəldi.Tezliklə bacarığına, işgüzarlığına görə onu briqadir seçdilər.1990-cı il mayın 13-də isə ordu sıralarına çağrıldı.O, əvvəlcə Frunzedə, sonra isə Qazaxıstanın Çİmkənd vilayətində xidmət etdi.Bu o zaman idi ki, erməni quldurları getdikcə daha da quduzlaşır, meydan sulayırdılar.
Dədə Ələsgər ünvanlı oğuz diyarının qeyrət nişanəsiydi Lətif.Ucaboy, enlikürək, dağ təbiətli, dağ vüqarlı...
Lətif Əmir oğlu Məhərrəmov 1973-cü il yanvarın 8-də Cildə anadan olmuşdur.1980-ci ildə 1-ci sinfə getmiş, yoldaşları arasında xüsusi istedı ilə seçilmişdir.Lətif məktəb illərində bütün dərsləri eyni dərəcədə sevir, biliklərə dərindən yiyələnməyə can atırdı.O, ciddi təbiətli, incə yumor qabiliyyətli, bir gənc idi.Lətifinn özündən kiçik qardaşı Kərim deyir:”Lətiflə aramızda az yaş fərqi olduğuna görə söhbətimiz tuturdu.O, çox möhkəm hafizəyə malik idi, istənilən bir şeyi gözdən keçirdikdən sonra əzbər söyləyirdi.Lətfin qəlbi Vətən sevgisi, yurd məhəbbəti ilə döyünürdü.O, Vətənin tarixi haqqında iftixarla danışır, mənə dəyərli məsləhətlər verirdi.Həyata münasibətinə görə yaşından xeyli böyük idi.Ölümdən söz düşəndə sakit şəkildə onun mahiyyətini açmağa çalışırdı.Mənə elə gəlir ki, o, qısa həyat yaşayacağını əvvəlcədən duymuşdu və buna hazır idi”.
Lətif orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil oldu.Bu elə dövr idi ki, erməni qəsbkarları Qarabağda meydan oxuyurdu.Lətif kimi qeyrətli oğul buna biganə qala bilməzdi.O, nankor ermənilərə döyüşə həm mənən, həm də cismən hazır idi.İdmanın kinq-boks növü ilə ciddi məşğul olurdu.
1991-ci ilin noyabr-dekabr aylarında universitetin könüllülər dəstəsində təlim keçdikdən sonra cəbhəyə yola düşdü.Onun döyüş yolu 1992-ci ilin yanvarından Tər-tər rayonunda mövqe tutmuş "Qurtuluş” batalyonunun tərkibində başladı.1992-ci ilin mayında Marquşavan kəndi uğrunda gedən çırpışmada Lətif ölüm-dirim mübarizəsindən çıxdı.Lətifgilin dəstəsi kəndi işğalçılardan təmizlədikdən 1 gün sonra azğın düşmən daha böyük qüvvə ilə əks hücuma keçdi.Mühasirəyə düşmək təhlükəsi yarandı.Ermənilərin qarşısını kəsib, Dəstəyə itkisiz geri çəkilməyə imkan yaratmaq üçün Lətif bir neçə yoldaşı ilə ön mövqeyə atıldı.Onlar düşmənə xeyli müqavimət göstərdilər.Sonra isə bir evin zirzəmisində gizlənməyə məcbur oldular.Zirzəmidə yaralı yoldaşlarının biri vəfat etdi.Lətifgil gecəni gözləyib zil qaranlıqda kənddən çıxdılar.Fəqət yolda yenidən düşmən postuna gəlib çıxdılar.Qısa döyüşdən sonra onlar bu postu dağıdıb, 7 avtomat və 1 hərbi maşın ələ keçirib kazarmalarına qayıtdılar.Döyüş yoldaşları onları həlak olmuş hesab edirdilər.
Şamuyan kənd rayonunu murdarlardan təmizlədikdən sonra Lətif iki yoldaşı ilə həyətlərdəki bağlardan birində əyləşib dincəlir.O, su içməyə getmişdi.Elə bu vaxt 3 erməni qulduru qəflətən atəş açıb yoldaşlarını vururlar.Onlardan biri yerindəcə keçinir, biri isə ağır yaralanır.Lətif köməyə çatıb düşmənləri əsir alır, yaralını isə qospitala çatdırır.Həyatını xilas etdiyi tələbəlik, hə də döyüş dostu Vahid indi öz xilaskarını sonsuz minnətdarlıqla yad edir.
Marquşavandakı bu igidliyinə görə Lətifi 15 günlük məzuniyyətə buraxdılar.Mayı 30-u ailədə böyük şadyanalıq oldu.Sən demə bu, onun doğmaları ilə son görüşü imiş.İyunun 12-də yenidən cəbhəyə qayıtdı.İyunun 16-da Çaylı kəndi uğrunda şiddətli döyüşlər başlananda Lətif ön sırada idi.Ölümün gözünə dik baxmağı bacaran igid döyüşçü qəhrəmanlıqla həlak oldu.
Bu sətirləri yazanda qeyri-ixtiyari aşağıdakı misralar qəlbimdən süzüldü:
Göyərdi qəlbində Qorqud öyüdü,
Sənə halal olsun ananın südü!
İşığın nə yaman məni bürüdü,
Ruhunu, qardaşım, yanımda duydum.
İyunun 19-da Samux rayonunun Karayeri qəsəbəsindəki Şəhidlər xiyabanı daha bir igidi öz qoynuna aldı.O vaxtlar Lətifin tələbə dostu Hüseyn Mustafabəyli "Millət” qəzetində belə yazmışdı ürək sözlərini:”Yenə də gözlərimiz auditoriyalarda arıyıb-axtaracaq Lətifi.Axtaracaq və tapacaq.Lətif özünə yer tapıb ürəklərimizdə”
Məqalə Fərzalı Rüstəmli tərəfindən yazılmışdır.