Allahverdiyev Ziyəddin Qulu oğlu- Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin müdiri, Dövlət qulluğunun müşaviri.
Allahverdiyev Ziyəddin Qulu oğlu 14 iyun 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olub.1978-ci ildə Cil kənd orta məktəbinin 10-cu sinfini bitirib. Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub.1985-ci ildə həmin institutu iqtisadçı ixtisası ilə bitirib.
Əmək fəaliyyəti
16.06.1982 01.09.1983 Cil heyvandarlıq sovxozunda fəhlə,
01.09.1983 15.02.1987 Cil heyvandarlıq sovxozunda katib,
15.02.1987 15.02.1989 Cil heyvandarlıq sovxozunda mühasib,
10.03.1989 12.04.1989 Xalq Təhsili Komitəsinin 5 saylı Mərkəzləşdirilmiş Mühasibatlığının Maliyyə qrup rəhbəri,
27.06.1989 23.04.1990 SSRİ Əmanət Bankınn Bakı şəhər Lenin rayon şöbəsində nəzarətçi,
24.04.1990 25.09.1991 SSRİ Əmanət Bankının Bakı şəhər idarəsində müfəttiş,
25.09.1991 07.01.1994 SSRİ Əmanət Bankının Bakı şəhər idarəsində baş müfəttiş,
11.01.1994 20.08.2001 Milli bankda baş müfəttiş
30.08.2001 20.10.2003 Maliyyə Nazirliyinin Daxili borclanma idarəsinin idarə rəisinin müavini-şöbə rəisi,
20.10.2003 08.09.2008 Maliyyə Nazirliyinin Daxili borclanma şöbəsinin müdiri,
08.09.2008 10.04.2009 Maliyyə Nazirliyinin Dövlət maliyyə nəzarəti şöbəsinin müdir müavini,
10.04.2009-cu ildən Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində çalışır.
Ziyəddin Allahverdiyev bununla bərabər hazırda dövlətin adından "Azərbaycan Beynəlxalq Bankı” ASC-də Audit Komitəsinin sədri vəzifəsində çalışır.
Ailəlidir.İki övladı var.