Cil kəndi haqqında ümumi məlumat
Cil kəndi Göyçə mahalının Çəmbərək rayonunda, rayon mərkəzi olan Krasnoselo qəsəbəsindən 34 km cənub şərqdə, Göyçə gölünün kənarında, Krasnoselo rayonunu Basarkeçər rayonundan ayıran sonuncu kəndidir.Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımına qədər kənddə ancaq Azərbaycan türkləri yaşamışlar.Tarixi mənbələrə görə Cil kəndinin əsası XII yüzillikdə qoyulmuşdur. İ.Şopendə (1831) İravan əyalətinin Göyçə mahalının Cil kəndi kimi qeydə alınmış, kənddə 45 təsərrüfatda 265 nəfər (159 kişi və 106 qadın) Azərbaycanlıların yaşadığı göstərilmişdir.1873-cü ilin statistik məlumatlarında İrəvan quberniyasının Yeni Bayazit qəzasının Göyçə gölü hövzəsi nahiyyəsinin Cil kəndi kimi siyahıya alınmış, kəndin Göyçə gölünün kənarında yerləşdiyi və kənddə 40 təsərrüfatda 287 nəfərin(156 kişi və 131 qadın) azərbaycanlı əhalinin yaşadığı qeyd olunmuşdur.
1886-cı ildə İrəvan quberniyasının Yeni Bayazit qəzasının Məzrə nahiyyəsinin Cil kəndi kimi qeydə alınmış, kənddə 98 təsərrüfatda 587 nəfər(306 kişi, 281 qadın) azərbaycanlı əhalisi yaşamışdır.
Kənddə yaşayan azərbaycanlıların sayı 1897-ci ildə 442 nəfər, 1904-cü ildə 971 nəfər, 1914-cü ildə 1.035 nəfər, 1916-cı ildə 893 nəfər 1919-cu ildə isə 888 nəfər olmuşdur.
Cil toponiminin etnoloji izahı ilə bağlı müxtəlif versiyalar var. Bu versiyalardan bir çoxunun əsasında qədim türk runi yazılarındakı «qala divarı», «yazılı mehrab» anlamlarında olan cil sözü, türk dillərində «kiçik yarğan» anlamındakı cil sözü, Azərbaycan dilindəki «xırda kolluq» fars dilindəki «bataqlıq yer», «sucaq yer» anlamlarındakı cil sözləri dayanır (bax. B.Budaqov, Q.Qeybullayev).
Cil kənd zəhmətkeşləri taxıl biçininə başlayarkən Kalonnanın qabağında
kənddə 40 il traktorçusu işləmiş Mahmud Alı oğlu Xələfov öz motosikleti ilə.1967-ci il.
1919-cu ilin yazında erməni quldur dəsdələri üç tərəfdən Yeni Bayazit, Basarkeçər və Göyçə gölü tərəfdən kəndə hücum edib, onu yandırmış, əhalinin bir hissəsini qətlə yetirmiş, bir hissəsinin isə mal mülkünü əlindən alıb vəhşicəsinə qovmuşlar, camaat Şah ağından keçib Azərbaycanın yaxın kəndlərinə sığınmışlar.
Yalnız bölgədə Sovet hakimiyyəti qurulduqdan sonra kəndin qaçqın əhalisi geri qayıda bilmişdir. 1922-ci ildə kənddə 697 nəfər, 1926-cı ildə 824 nəfər, 1931-ci ildə 1041 nəfər, 1970-ci ildə 1595 nəfər, 1979-cu ildə 1490 nəfər, 1987-ci ildə isə 280 təsərüüəatda 1500 nəfər azərbaycanlı yaşamışdır.
Ümumi sahəsi 30 kvadrat km olan Cil kəndi əhalisinin əsas məşğuliyyəti tütünçülük, taxılçılıq, heyvandarlıq və arıçılıq olmuşdur. 1930-cu ildə kənddə kolxoz, 1980-ci ildə bunun əsasında sovxoz yaradılmışdır. Sovxozla birlikdə əhalidə 13000 baş xırdabuynuzlu 2500 baş iribuynuzlu mal-qara olmuşdur.
Cil kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərmişdir.
1988-ci ildə noyabrın sonlarında erməni quldur dəstələrinin vəhşi hücumuna məruz qalan əli yalın silahsız qalan əhali qəddarlıqla doğma yurdlarından qovulmuşlar.
Abuzər Xələfov — Professor, BDU-nun Kitаbхаnаşünаslıq kаfеdrаsının müdiri.