İbrahimov Tahir oruc oğlu-Fiziki coğrafiya kafedrasının dosenti .
İbrahimov Tahir Oruc oğlu 1946-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Çil kəndində qulluqçu ailəsində anadan olmuşdur.1964-cü ildə Ardanış kənd orta məktəbinin on birinci sinfini bitirib, həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsinin coğrafiya biologiya şöbəsinə daxil olmuşdur.1969-cu ildə həmin fakültəni bitirmiş, coğrafiyaşünas-biologiyaşünas, coğrafiya və biologiya müəllimi ixtisası almışdır.
TƏHSİLİ , ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1990-cı ildə «Kür-Araz ovalığındakı qoruq və yasaqlıqların landşaftları və onların ekoloji şəraitini yaxşılaşdırma yolları» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsini almışdır.Ali ,coğrafiya elmləri namizədi,dossent.
ƏMƏK FƏALİYYƏTİ
1971-ci ildən 2001-ci ilədək AMEA-nın akademik H.Əliyev adına Coğrafiya institutunda kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində işləmişdir.
2003-cü ildən BDU-nun Fiziki Coğrafiya kafedrasında müəllim və baş müəllim vəzifələrində, 2005-ci ildən dosent əvəzi, 2008-ci ildən həmin kafedrada dosent vəzifəsində çalışır.
2003-cü ildən Fiziki coğrafiya kafedrasında «Materik və okeanların fiziki coğrafiyası» (bakalavrlar üçün), «İnsan və landşaft» (magistrantlar üçün) və «MDB ölkələrinin fiziki coğrafiyası» fənnlərini tədris etmişdir.
TƏDQİQAT SAHƏSİ
Landşaftşünaslıq,Ekologiya,Qoruq və yasaqlıqlar,landşaftların mühafizəsi sahəsində bir sıra tədqiqat işləri aparmışdır.
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI SEÇİLMİŞ ƏSƏRLƏRİ
Materiklərin və okeanların fiziki coğrafiyası Proqram(bakalavr üçün) Bakı-2007
MDB ölkələrinin fiziki coğrafiyası Proqram(bakalavr üçün) Bakı-2007
İnsan və landşaft Proqram(magistr üçün) Bakı-2007
"Bəndovan dövlət yasaqlığının təbii şəraiti və səmərəli istifadə yolları" (Azərb. SSR EA xəbərləri, №4, 1980),
Azərbaycanda biosfer qoruqlarının təşkilinin bəzi məsələləri. (Azərb. SSR, EA XII elmi konf.mat.1981),
«SSRİ qoruqlarının landşaft tipləri üzrə yerləşməsinin bəzi coğrafi qanunauyğunluqları (Azərb. SSR EA xəbərləri, №3, 1983),
"Sultanbud meşəsinin müasir vəziyyəti və onun yaxşılaşdırma yolları" (Azərb. EA xəbərləri, №4, 1980)
"Qoruq və yasaqlıqların təbii ehtiyatları" (Azərbaycan Respublikasının konstruktiv coğrafiyası, II cild, 1999) məqalələrinin müəllifidir.
KİTABLAR
«Ağgöl Dövlət qoruğu» nəş.Mars-Print,2006, «Qızılağac Dövlət qoruğu»nəş.Mars-Print,2006, «İsmayıllı Dövlət qoruğu»nəş.Mars-Print,2007, «Biosfer qoruğu» nəş.Mars-Print,2007, «İlisu Dövlət qoruğu» nəş.Müəllim-2008, «Şirvan Dövlət qoruğu» nəş.Müəllim-2008. «Zaqatala Dövlət qoruğu» nəş.Müəllim,2008.