Ana Səhifə /Cillilər /Alimlər /Mazanlı İlham

Post Title

İlham Abbas oğlu Mazanlı - Bakı Dövlət Universiteti beynəlxalq jurnalistika kafedrasının dosenti, tarix elmləri namizədi.

Həyatı və fəaliyyəti

1956-cı il fevral ayının 11-də Qərbi Azərbaycanda – Göyçə mahalının Cil kəndində anadan olub.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1963-1973-cü illərdə Cil kənd orta məktəbində oxumuşdur. 1973-1978-ci illərdə BDU-nun jurnalistika fakültəsində təhsil almışdır.

1988-1991-ci illərdə Rusiya Prezidenti yaninda Dövlət Qulluğu Akademiyasının kütləvi informasiya vasitələri kafedrası üzrə aspiranturasında oxumuşdur. 1991-ci il mayın 30-da Moskva şəhərində "Mətbuat millətlərarası münasibətlərin təkmilləşdirilməsi amili kimi" mövzusnda namizədlik dissertasiyası müdafiə etmişdir, tarix elmləri namizədidir. Hazırda "Söz azadlığı və informasiya hüququnun KİV-lə həyata keçirilməsinin sosial-siyasi aspektləri” mövzusunda doktorluq dissertasyası üzərində işləyir.

ƏMƏK FƏALİYYƏTİ.

1978-1986-cı illərdə Bakı Ali Partiya Məktəbində metodist, dövlət və hakimiyyət quruculuğu kafedrasında elmi işçi, kafedra metodik kabinetinin müdiri vəzifələrində çalışmış, «За ленинские кадры» qəzetinin buraxılışına məsul olmuşdur. Burada işlədiyi illərdə (1982-1986) Azəbaycan Televiziyasında gənclər üçün ictimai-siyasi mövzuda özünün müəllif verilişlərini aparmışdır, respublikada efirə ilk canlı çıxan müəllif-aparıcılardan biridir.

1986-1988-ci illərdə Azərbaycan KP MK-nın elmi-nəzəri "Azərbaycan kommunisti” jurnalında təbliğat şöbəsinin müdiri işləmişdir.

1988-1991-ci illərdə Rusiya Prezidenti yaninda Dövlət Qulluğu Akademiyasının kütləvi informasiya vasitələri kafedrası üzrə aspiranturasında oxumuşdur.

1991-1995-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politologiya kafedrasının baş müəllimi olmuşdur.

1995-cı ildə (mart-noyabr) Gənclər və İdman Nazirliyi Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləmişdir.

1996-2001-cı illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti strukturuda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası İşçi qrupu rəhbərinin müavini, Qaçqınlarla və məcburi köçkünlərlə iş şöbəsi müdirinin müavini – Beynəlxalq humantar təşkilatlarla iş bölməsinin müdiri vəzifələrində çalışmışdır. Bu illər ərzində Şərqi Avropada və postsovet məkanında yerini dəyişmiş əhalinin sosial və hüquqi problemlərinin həlli üzrə Cenevrə Prosesinin üzvü olmuş, hər il onun illik konfranslarında və Avropa İttifaqı ilə Azərbaycan Respublikası İqtisadi Əlaqələr Komissiyasının qaçqınların və məcburi köçkünlərin problemləri ilə bağlı müzakirələrində iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1 iyul 1998-ci il tarixli Sərəncamı ilə Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdir.

2001-2011-cı illərdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi Miqrasiya İformasiya Mərkəzinin direktoru vəzifəsində işləmişdir.

2003-cü ildən Bakı Dövlət Universiteti beynəlxalq jurnalistika kafedrasının dosentidir. "Jurnalistika və müasir dövrün qlobal problemləri”, "Xarici ölkələrin müasir KİV sistemləri”, "Beynəlxalq həyat məsələlərinin KİV-də işıqlandırılması” və s. predmetlərdən mühazirələr oxuyur. Jurnalistikanın aktual problemlərinə aid 300-ədək elmi-nəzəri məqalənin və 5 kitabın müəllifidir.

ELMİ TƏDQİQAT SAHƏSİ

-KİV, millətlərarası və dövlətlərarası münasibətlər: qarşılıqlı təsir problemləri.

-Söz azadlığı və informasiya hüququnun KİV-lə həyata keçirilməsinin sosial-siyasi aspektləri.

-Jurnalistika və müasir dövrün qlobal problemləri.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

-1992, sentyabr: Rusiya və Şərq: qarşılıqlı fəaliyyət və qarşılıqlı təsir problemləri

-1996, mart : İsveçrə - Millətlərarası münasibətlər və KİV

-1998, mart : Danimarka - Beynəlxalq terrorizm, silahlı münaqişələr və KİV

-2000, mart : Belçika - Planetar iqtisadi inteqrasiya problemləri və KİV

-2000, iyun: ABŞ - Qlobal yoxsulluq və ərzaq problemi: KİV-in iştirakı və vəzifələri

-2002, may: Almaniya – KİV, münaqişələr və terrorizm.

-2004, mart: Rusiya – Qərbi, Mərkəzi və Şərqi Avropa ölkələri və ABŞ nəzəriyyə və praktikasında söz, informasiya və mətbuat azadlığı problemləri.

-2012, setnyabr: Azərbaycan – Sosial jurnalistika və yüksək texnologiyalar.

İngiltərə, İsveçrə, Belçika, Küveyt, İran, Səudiyyə Ərəbistanı, Belorus, Qırğızstan və s. ölkələrdə keçirilmiş tədbirlərdə Azərbycan hökumətini təmsil etmişdir.

İngilis, rus və alman dillərini bilir.

Evlidir, üç övladı var. Övladlarını və nəvələrini həyatda ən böyük və ən qiymətli uğuru sayır.