Ana Səhifə /Cillilər /Alimlər /Qurbanov Azad

Post Title

Qurbanov Azad İsa oğlu -Fizika-riyaziyyat elmləri namizədi, "Kitabxanaçılıq informasiya” fakültəsinin dekanı,"Kitabxanaşünaslıq" kafedrasının dosenti.

Həyatı və fəaliyyəti

26.06.1966 tarixdə Göyçə mahalının (Ermənistan) Cil kəndində anadan olmuşdur.1973-1983-cü illərdə Bakı şəhərindəki 45 saylı orta məktəbdə oxumuşdur.1983-1991-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. 1992-1995-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasında aspiranturada təhsil almışdır.1997-ci ildə "Maye, qaz və plazma mexanikası" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Fizika-riyaziyyat elmləri namizədidir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissasiyasının06.04.2004-cü il tarixli qərarı ilə ona dosent elmi adı verilmişdir. 30-dan artıq elmi əsərin, o cümlədən ali mətəb tələbələri üçün 10 kitabın, 6 tədris proqramının müəlifidir. İran, Almaniya, Türkiyə, İoradniya, Rusiya, Özbəkistan və digər ölkələrdə keçirilmiş bir sıra Beynəlxalq elmi konfaranslarda iştrak etmişdir.Əmək fəaliyyətinə hələ tələbə olarkən başlamış, 1987-1991-ci illərdə Bakı Dövlət Universitetinin Hesablama mərkəzində texnik, 1995-1999 -cu illərdə BDU-nun "Tətbiqi-riyaziyyat" Elmi Tədqiqat İnstitutunda elmi işçi, 1999-2000 ci illərdə BDU-da aparıcı elmi işçi, kompüter mərkəzində şöbə müdiri, 2000-2001-ci illərdə "İnformatika" kafedrasında müəllim,2001-2012-ci illərdə "İnformatika" kafedrasında dosent vəzifələrində işləmişdir. Hal-hazırda "Kitabxanaçılıq informasiya” fakültəsinin dekanı və "Kitabxanaşünaslıq” kafedrasının dosenti vəzifəsində çalışır.

2002-ci ildə Fransa Respublikasinin Nitsa "Sofiya-Antipolis" Universitetində ixtisasartırma kursu kecmişdir.

Ailəlidir, iki övladı var.

TƏHSİLİ , ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1991-ci ildə BDU-nun "Mexanika -riyaziyyat" fakültəsini bitirmişdir.

1997-ci ildə "Mürəkkəb reoloji mühitin gərginlik-deformasiya halının mayenin süzülməsinə təsirinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1987-1991-ci illərdə Bakı Dövlət Universitetinin Hesablama mərkəzində texnik, 1995-1999 -cu illərdə BDU-nun "Tətbiqi-riyaziyyat" Elmi Tədqiqat İnstitutunda elmi işçi,1999-2000 ci illərdə BDU-da aparıcı elmi işçi, kompüter mərkəzində şöbə müdiri, 2000-2001-ci illərdə "İnformatika" kafedrasında müəllim, 2001-2012 -ci ilərdə "İnformatika" kafedrasında dosent,2012-ci ildən bu günə kimi "Kitabxanaçılıq informasiya” fakültəsinin dekanı və "Kitabxanaşünaslıq” kafedrasının dosenti vəzifəsində çalışır.Informatka, Elmdə və təhsildə kompüter texnologiyası, Kitabxanaçılıq informatikası,Kitabxanalarda informasiya xidməti fənnlərindən dərs deyir.30 məqalənin, 10 kitabın müəllifidir.

TƏDQIQAT SAHƏSI

Kitabxana - informasiya texnologiyaları,Verilənlər bazasının idarəetmə sistemləri, Riyazi modelləşdirmə Ədədi üsullar, Hidrodinamika

12-dən artıq beynəlxalq seminar, sipozium, konfranslar iştirakçısı, 10 seçilmiş əsərlərin və 10 kitabın müəllifidir.