Ana Səhifə /Cillilər /Müəllimlər /Qurbanov İsabala

Post Title

Qurbanov İsa Əli oğlu-Fizika-riyaziyyat elmləri namizədi,dosent, Cil kənd orta məktəbinin direktoru.

Həyatı və fəaliyyəti

1940-cı il yanvar ayının 1-də Qərbi Azərbaycanın Cil kəndində anadan olub.1958-ci ildə orta məktəbi bitirərək həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika–riyaziyyat fakültəsinə daxil olub.Universiteti bitirdikdən sonra 1963-cü ildən Babacan, 2 ay sonra isə Cil kənd orta məktəbində müəllim işləyib.Sonra könüllü olaraq ordu sıralarına qulluğa gedib.1965-ci ildə hərbidən tərxis olaraq Cil kəndində müəllim, dərs-hissə müdiri və direktor vəzifələrində çalışıb.1969-cu ilin oktyabr ayından Bakıya köçüb və Bakı Dövlət Universitetində böyük mühəndis, iki ildən sonra isə hesablama riyaziyyatı kafedrasında müəllim işləyib.Eyni zamanda aspiranturada qiyabi təhsil alıb.Beş il mexanika-riyaziyyat fakültəsinin dekan müavini, on il yarım birinci prorektorun müavini işləyib.Hazırda hesablama riyaziyyatı kafedrasının dosentidir.

Ailəlidir, üç övladı var

Tədqiqat sahəsi

Diferensial tənliklər üçün qeyri lokal sərhəd məsələlərin təqribi həlli

Seçilmiş əsərləri

1.Bir sərhəd məsələsinin həlli üçün sonlu fərqlər üsulu, BDU-nun elmi əsərləri, 1978, №6, səh.51-60

2.Bir xüsusi məsələnin təqribi üsulları, Analizin təqribi üsulları,BDU, 1982, 90-99

3.Bir məsələnin həlli üçün iterasiyalı üsullar, Diferensial və inteqral tənliklərin təqribi həlli, BDU, 1983, səh.70-78

Kitabları

1.Hesablayacı maşınlar və proqlamlaşdırma.I-ci hissə,1978

2.Hesablayacı maşınlar və proqlamlaşdırma.II-ci hissə,1981

3.Mikro EHM,proqramlaşdırma və praktika.1988

4.Riyazi proqramlar paketi.2003