Ana Səhifə /Cillilər /Alimlər /Sadıqov Misirəddin

Post Title

Sadıqov Misrəddin Allahverdi oğlu - Fizika-riyaziyyat elmləri doktoru, professor.

Həyatı və fəaliyyəti

1954-cü il, dekabrın 10-da Ermənistan Respublikasının Krasnoselo rayonunun Cil kəndində anadan olub.1962-1972-ci illərdə Krasnoselo rayonunun Cil kənd orta məktəbində oxuyub.1972-1977-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb.1993-cü ildən BDU-da çalışır.

Ailəlidir, üç övladı var.

TƏHSİLİ , ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1972-1977-ci il tələbə, Mexanika-riyaziyyat fakültəsi, BDU 1981-1984,dissertant, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu, 1984 f.-r.e.n., «Diferensial daxilolmanın optimal trayektoriyasının xassəsi», 1993, f.-r.e.d., «Çoxdəyişənli hamar olmayan variasiya məsələsinin və diferensial daxilolmanın tədqiqi»

ƏMƏK FƏALİYYƏTİ

2008- h/h , professor, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1998-2008, professor, Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi-riyaziyyat fakültəsi, BDU 1997-1998, baş müəllim,Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi-riyaziyyat fakültəsi, BDU 1994-1998, şöbə müdiri, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1987-1993, baş elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1985-1987, kiçik elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1981-1985, proqramçı-riyaziyyatçı, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu1979-1981, mühəndis-proqramçı, Azərbaycan EA-nın Kibernetika İnstitutu 1978-1979, baş laborant, Azərbaycan EA-nın Kibernetika İnstitutu

Apardığı dərslər: Variyasiya hesabı, Stoxostik optimal idarəetmə məsələsi, Oyunlar nəzəriyyəsi, İdarəetmə və müşahidə.

94 elmi məqalənin və 5 monoqrafiyanın müəllifi, 20-dən artıq beynəlxalq seminar, simpozium, konfranslar iştirakçısı, 99 seçilmiş əsərləri, 8 kitabın müəllifidir.